Lenovo son dörd il ərzində ən yüksək rüblük gəlir və mənfəət göstərir
Lenovo 31 dekabr 2018-ci il tarixində sona çatan üçüncü rübün maliyyə nəticələrini açıqlayıb.
Şirkət rüb ərzində 14 milyard dollar məbləğində maksimal gəlir qazanmışdır ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 8,5 % çoxdur (valyuta amillərini istisna etsək, 12,8 % çoxdur). Hesabata əsasən, şirkət 350 milyon dollar məbləğində vergiyəqədər gəlir əldə etmişdir (artım 133%, ya da ildən ilə 200 milyon dollar), bu göstərici şirkətin tarixində mütləq bir rekorddur.
“İntellektual Tranformasiya istiqamətində işimizi yönəldən zaman məqsədimiz Lenovo biznesinin inkişaf tempini qorumaq və artırmaqdan ibarət idi, eyni zamanda müştərilərimizə və tərəfdaşlarımıza internetin ən yaxşı nümunələri, ağıllı infrastruktur və smart inteqrasiya edilmiş həlləri ilə təmin etməyə davam edirdik. Lakin biz bundan daha atrığına nail ola bildik: sənayenin lideri və ən aktiv inkişaf edən texnologiya şirkəti kimi statusumuzu möhkəmləndirdik. Məni daha çox sevindiran odur ki, Lenovo bu sənayenin ümumi trendində yer alıb – biz güclüyük, bunu rüb üzrə əldə etdiyimiz rekord göstəricilər təsdiqləyir, və daha çox güclənirik”, - deyə Lenovo-nun direktorlar şurasının sədri və icraçı direktoru Yan Yuansin bildirib.
Şirkətin struktur bölmələrinin nəticələri:
Smart Cihazlar Bölməsi (IDG) gəlir və mənfəətin rekord məbləğinə çatıb; gəliri üç rüb ardıcıl artır, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artaraq 12,4 milyard dollara yüksəlib.
-PC və Smart Cihazların satışı rekord göstərib və əvvəlki rübün sürətli dinamikasını davam etdirərək, 10,7 milyard dollar (11,6% artım) təşkil edib. PC seqmentindəki artım bazarın 17 faizdən çoxunu keçərək 16 % təşkil etmişdir, vergiyədək mənfəət həmçinin artmışdır. Lenovo, 24,6% bazar payı ilə öz seqmentdə dünya lideri mövqeyini inamla qoruyur. İş stantsiyaları, İncə və Yüngül qurğular və Vizual həllər kimi sürətli böyüyən premium seqmentlərinə yetirilən diqqət, bazar artımını 30 punktdan çox, oyun qurğuları 16 punkt, Chromebook'ları 220 punkt ötüb geridə qoyub.
-IDG çərçivəsində fəaliyyət göstərən Mobile Business Group (MBG), Motorola şirkətinin 2014-cü ilin oktyabr ayından etibarən ilk mənfəət dövrü haqqında bildirmişdir. Bu nailiyyət, Lenovo'nun xərcləmə strategiyasını diqqətlə həyata keçirməsi, Qrupun məhsul portfelinin qurulması və əsas bazarlara diqqət yetirmənin nəticəsidir. Qeyd edək ki, Şimali Amerika istiqamətində qrupun satışları bazarın artımını 40 punkt geridə qoydu. MBG-in digər coğrafi seqmentləri də inanılmaz nəticələr göstərir: Lenovo, valyuta məzənnəsinin dəyişkənliyinə baxmayaraq, Latın Amerikası bazarında ikinci yeri tutur. Çində, Lenovo markası altında yeni bir məhsul xətti sayəsində, qrup yüksək vergiyəqərki gəlirini qoruyub, satışları dörd dəfə artıra bildi.
Lenovo Data Center Group (DCG) bölməsi ardıcıl 5 rüb gəlir artımı haqqında məlumat verir (gəlirlilik ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% artıb). Gəlirlər 31% artaraq 1,6 milyard dollar təşkil edib. Qeyd edək ki, DCG bütün coğrafi seqmentlərdə, o cümlədən Şimali Amerikada üç rəqəmli artım tempini, Asiya-Sakit okean regionunda, EMEA bölgəsində və Latın Amerikasında iki rəqəmli artım göstəricisi əldə etmişdir. Çində fəaliyyətə başlayan NetApp birgə müəssisəsi brend portfelini daha da gücləndirir və qrupun biznes imkanlarını genişləndirir. Hyperscale bir daha üçrəqəmli artım tempinə nail olmaq üçün öz tövhəsini verdi, Software Definition Infrastructure (SDI) gəlirləri isə əvvəlki il ilə müqayisədə 70% artdı. Qrup TOP500 siyahısına əsasən superkompüterlər seqmentində liderliyini qoruyur.
Lenovo (HKSE: 992) (ADR: LNVGY), 45 milyard dollarlıq dövriyyəsi olan bir şirkətdir, Fortune Global 500-də dünyanın ən böyük şirkətləri siyahısında və "İntellektual Transformasiya" sahəsində qlobal texnologiya lideridir, cihazları və ağıllı infrastrukturları inkişaf etdirmək və həyata keçirməklə insanların gündəlik həyatı rahatlığını artırır. Lenovo şirkəti Motorola smartfonları, planşetlər, ThinkPad, Yoga və Lenovo Legion markaları altında personal kompüterləri, həmçinin iş stantsiyaları, virtual və genişlənən reallıq həllər, həmçinin ağıllı ev və ofis cihazları daxil olmaqla dünyada ən geniş çeşidli məhsullar istehsal edir. Lenovo tərəfindən ThinkSystem və ThinkAgile məlumat mərkəzləri üçün işlənib hazırladığı məhsulları, insanların biznes qurmaq və həyatlarını təşkil edən məhsulları və xidmətləri birləşdirən hesablama gücünü təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
25 d. əvvəl
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
-
-
1 saat əvvəl
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
-
4 saat əvvəl
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
-
4 saat əvvəl
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
-
5 saat əvvəl
Utilizasiyada “Lada” liderdir — Hər iki avtomobildən biri bu markadır
-
5 saat əvvəl
Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib
-
5 saat əvvəl
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
Ən çox oxunanlar
Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəəy olunub
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya ®
Çindən Azərbaycana və Avropaya daha çox yük daşınacaq – Orta Dəhliz üzrə yeni planlar























