Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Apple-ın qorxduğu başına gəldi! Ticarət müharibəsi onu sarsıdacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apple-ın qorxduğu başına gəldi! Ticarət müharibəsi onu sarsıdacaq

ABŞ-ın Çinə tətbiq etdiyi gömrük vergisi faizini dünəndən etibarən 10%-dən  25%-ə yüksəltməsi, Apple-ın planlarını alt üst edib. Şirkət iPhone-ların istehsalı üçün Çin xaricindəki alternativləri düşünür. ABŞ Prezidenti Donald Trampın məsələ ilə bağlı paylaşdığı  "tweet"dən bu yana Apple-ın bazar dəyəri  67 milyard dollar azalıb.


 

Reklam_3_11

ABŞ Çin məhsullarına qarşı gömrük vergisi nisbətini 10 faizdən 25 faizə qaldırdı. 200 milyard dollarlıq məhsulları əhatə edən bu artım ən çox ağıllı telefon və kompüter başda olmaqla texnologiya məhsullarını "vuracaq". "Marja"nın məlumatına görə, 2018-ci ildən Çindən ümumilikdə 539 milyard dollarlıq mal idxal edən ABŞ-ın, Çindən ən çox aldığı məhsul cib telefonu və analoji məmulatlardır.

 

ABŞ-ın statistika təşkilatı "Census Bureau"nun 2018-ci il üçün məlumatlarına görə, bu kateqoriyada ABŞ-ın Çindən etdiyi illik idxal 72 milyard dollar səviyyəsindədir. Yalnız ağıllı telefon idxalı isə 44 milyard dollar səviyyəsindədir.

 

İkinci yerdə 47 milyard dollarla kompüter, üçüncü yerdə 34 milyard dollarla telekommunikasiya avadanlıqları, dördüncü yerdə 32 milyard dollarla kompüter aksessuarları və beşinci yerdə isə 28 milyard dollarlıq idxalla oyuncaq və oyunlar yer alır.

 

ABŞ-ın Çindən idxal etdiyi  məhsulların ümumi dəyərinin 40%-ni texnologiya sahəsindən bu 5 məhsul qrupu təşkil edir.

 

"ABŞ", "Çin" və  "telefon" kəlmələri bir araya gəldikdə ilk ağla gələn də heç şübhəsiz ki, Apple-ın iPhone-u olur. Məlum olduğu kimi Çində istehsal edilən iPhone, dünyanın dörd bir tərəfinə göndərilir. İndiyədək iPhone ABŞ ilə Çin arasındakı ticarət müharibəsindən çox təsir görməmişdi.

 

Ancaq ABŞ Prezidenti Donald Trampın yeni gömrük tarifi Apple-a ciddi təsir edəcək. Çünki artıq Apple məhsulları da 25%-lik yeni vergiyə tabe olacaqdır.

 

Hətta ötən aylarda Apple tədarükçüləri, 10 faizlik tarif nisbətində Çində istehsala davam edəcəklərini, ancaq  nisbətin 25 faizə qalxması vəziyyətində Çindəki iPhone istehsalını başqa ölkələrə köçürə biləcəklərini açıqlamışdılar. Apple-ın, iPhone-dan başda iPad və  Mac kimi cihazları da Çində Hon Hai və Pegatron tərəfindən istehsal edilir.

 

"Bloomberg" 25 faizlik gömrük tarifini  "Apple-ın iPhone istehsalını Çindən çıxarmağı dəyərləndirəcəyi nöqtə" kimi səciyyələndirib.

 

RBC Capital-ın apardığı təhlilə əsasən, 25%-lik vergi, Apple-ın səhm başına mənfəətinin təxminən 2.5 dollar azalmasına səbəb olacaq.

 

Bir tərəfdən azalan iPhone satışları ilə mübarizə aparan Apple, bu halda istehsal üçün Çin xaricindəki sərfəli variantları tapmalıdır.  Hər nə qədər istehsal xərcləri baxımından hələ də Çin üstünlüyünü qorusa da 25%-lik vergi Apple-ın xərclərini artırır. 

 

Çinin ABŞ-a qarşı mümkün bir cavab tədbirlərini qiymətləndirən texnologiya araşdırma şirkəti "Moor Insights & Strategy"nin analitiki  Mark Vena bildirib:  "Bu, Apple üçün dağıdıcı ola bilər".

 

ABŞ ilə Çin arasında yenidən alovlanan bu son ticarət müharibəsindən sonra Apple-ın necə addım atacağı maraqla gözlənilir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Üstəlik, 2019-ci ilin ilk rübündə qlobal ağıllı telefon bazarında ikinci yerini Çinin Huawei şirkətinə verən Apple-ın üçüncü yerinə də göz dikən digər Çinib Xiaomi, Oppo və Vivo kimi markaları ABŞ-lı rəqiblərilə aralarındakı fərqi getdikcə azaldırlar.

 

ABŞ Prezidenti Trampın keçən həftə yazdığı bir "tweet" ilə ticarət müharibəsi yenidən alovlanarkən, Apple-ın da səhm qiymətinin ötən həftədən bu yana təxminən 7 faiz gerilədiyini və şirkətin bazar dəyərinin son 5 gündə 67 milyard dollar itki ilə, 974 milyard dollardan 907 milyard dollar səviyyəsinə düşdüyünü də qeyd edək.

11.05.2019 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ