Trampdan Çinə xəbərdarlıq - "Çin üçün çox pis olacaq"
ABŞ Prezidenti Donald Tramp, Çindən 200 milyard dollar məbləğində idxal üçün gömrük tarifinin 25%-ə yüksəldilməsinin amerikalı istehlakçılara əziyyət verəcəyi barədə tənqidlərə cavab verib.
Çinə tətbiq edilən tariflərin əvəzini amerikalı istehlakçıların ödəmələri üçün bir səbəb olmadığını iddia edən Tramp, "Tariflərin yalnız 4%-ni ABŞ, 21%-ini Çin ödəyir. Çünki Çin məhsullara çox böyük miqdarda subsidiya, dəstək verir",- bildirib.
"Marja" xəbər verir ki, "Twitter" üzərindən açıqlamalar verən Tramp, "Tariflərdən tamamilə qaçmaq mümkündür. Əgər tarif olmayan bir ölkədən və ya məhsulu ABŞ daxilindən alsanız tariflərdən xilas ola bilərsiniz" yazıb.
Tariflərlə üzləşən bir çox şirkətin Çini Vyetnam və digər Asiya ölkələrinə getmək üçün tərk etdiklərini qeyd edən Tramp, "Bu səbəbdən Çin bir müqavilə bağlamağı çox istəyir. Tariflər səbəbindən Çin ilə iş görən heç kəs qalmayacaq. Bu Çin üçün çox pis, ABŞ üçün çox yaxşıdır. Çin, ABŞ ilə ticarətin üstünlüklərini illərdən bu yana istifadə etdi. Bu səbəbdən, Çin cavab tədbirləri görməməlidir, çünki bu sadəcə işləri daha da ağırlaşdırır".
"ABŞ ilə bir müqavilə bağlanmaması halında bunun Çinə çox pis təsir edəcəyini Prezidenti Xi və bir çox Çinli dostuma açıq şəkildə demişəm" ifadələrini işlədən Tramp, "Çünki tariflər şirkətləri Çini başqa ölkələrə getmək üçün tərk etməyə məcbur edir. Çindən alış etmək çox bahalı olacaq" deyib.
Qeyd edək ki, 10 Maydan etibarən ABŞ 200 milyard dollarlıq Çin məhsulları üçün gömrük tarifini 10%-dən 25%-ə qaldırıb. Beləliklə, ABŞ və Çin arasında ticarət müharibəsi şiddətlənir. Dünya iqtisadiyyatı durğunuluğa girə bilər.
BU GÜN ÇİN ABŞ-A CAVAB VERDİ
Çin Maliyyə Nazirliyi, 60 milyard dollar dəyərindəki ABŞ məhsullarına qarşı vergi tarifinin qaldırıldığını açıqlayıb. Əlavə tariflərin 5% ilə 25% intervalında dəyişəcəyi bildirilib. Tariflər 1 İyundan etibarən qüvvəyə minəcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Their is no reason for the U.S. Consumer to pay the Tariffs, which take effect on China today. This has been proven recently when only 4 points were paid by the U.S., 21 points by China because China subsidizes product to such a large degree. Also, the Tariffs can be.....
— Donald J. Trump (@realDonaldTrump) 13 мая 2019 г.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















