İş adamlarının gördüyü ən böyük risklər sıralanıb

Dünya İqtisadi Forumu: İş görərkən ən böyük risk maliyyə böhranlarıdır
Dünya İqtisadi Forumunun "İş Görməyin Regional Riskləri 2019" hesabatında, maliyyə böhranlarının bir çox ölkədə iş görməyin önündəki ən böyük risk olaraq görüldüyü qeyd olunub.
"Marja" hesabata istinadən xəbər verir ki, iş görmək istəyən şirkət rəhbərləri maraqlandığı ölkədə ən çox maliyyə böhranından ehtiyatlanır.
İş adamlarının nəzərdə tutduqları əsas 5 riskdən 3-ü iqtisadiyyat ilə bağlıdır.
Cəmiyyətlərdə rəqəmsal məhsulların istifadəsinə paralel olaraq artan kiber hücumlar da şirkət rəhbərləri üçün ən böyük risklərdən qəbul edilir.
Hesabatda qeyd edilib ki, dünyanın ən inkişaf etmiş 10 iqtisadiyyatı arasında yer alan ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, İtaliya və Kanada kiber hücum riskinin ən yüksək olduğu ölkələrdir.
Hava hadisələri və təbii fəlakətlər də iş görməyi çətinləşdirən risklər kimi diqqəti çəkir.
Şərqi Asiyada təbii fəlakət riski
Regional olaraq baxdıqda, Şərqi Asiya və Sakit Okeanda təbiət, texnologiya, geosiyasi və iqtisadi risklər önə çıxır.
Hesablamalara görə, ötən il dünyadakı bütün təbii fəlakətlərin 50%-nə şahidi olan bu bölgələrdə baş verənlərin iqtisadiyyata vurduğu ümumi ziyan 56,8 milyard dollar olub.
Avrasiyada sosial risklər, bölgədəki müəssisələr üçün ən mühüm narahatlıq mənbəyidir. Sonra iqtisadi risklər gəlir. Sözügedən bölgədə dərin ictimai qeyri-sabitlik, ölkə daxili münaqişə, enerji qiyməti böhranı, maliyyə böhranları və idarə edilməyən inflyasiya risk amilləri kimi görünür.
Avrasiyada, yaxın zamanda baş verən seçkilər və bunların nəticəsində yaşanan qeyri-sabitlik və siyasi şoular bölgədəki sosial gərginliyin dərəcəsinə işarə edərkən, regional münaqişələr və davam edən geosiyasi gərginliklər risk faktorları olaraq diqqəti çəkir.
Avropanın sıxıntısı kiber hücumlardır
Hesabata görə, Avropada kiber hücum mənbəli təhdidlər, iş görməkdə ən böyük risk olaraq görülür, digər risklər qiymət "köpükləri", ölkə daxili münaqişələr, enerji qiyməti və maliyyə mənbəli böhranları hesab edilir.
Avropa biznes sektorunu hədəfə alan kiber hadisələr 2018-ci ildən bu yana artıb. Müəssisələrin 61%-nin bir əvvəlki illə müqayisədə 45% daha çox kiber hücumların hədəfi olduğu bildirilir. Kiber təhdidləri azaltmaq üçün hökumətlər və şirkətlərin kiber təhsil mərkəzləri ilə çalışmaları diqqəti çəkir.
Səudiyyə Ərəbistanın neft sənayesinə təşkil edilən son hücumlar kimi proqnozlaşdırılmayan hadisələr səbəbilə qiymətlərdə kəskin şəkildə artım gözləntisi enerji qiymətlərindəki iqtisadi narahatçılıqları da təkan verir.
Maliyyə böhranı riski daşıyan bölgələr
Latın Amerikası və Karib Hövzəsində zəif iqtisadiyyat və ictimai narazılıq iş dünyasını narahat etməyə davam edir. Bölgədə, dövlət idarəçiliyi uğursuzluğu, dərin ictimai qeyri-sabitlik, işsizlik və ya əskik məşğulluq, maliyyə böhranları və əsas infrastruktur çatışmazlığı ən çox risk təşkil edən məsələlər arasında yer alır.
Orta Şərq və Şimali Afrikada maliyyə narahatlıqları risk təşkil edir. Ölkələrdəki inflyasiya və ya deflyasiya təzyiqləri mürəkkəb bir iqtisadi mənzərəyə işarə edir. Enerji qiyməti böhranı, maliyyə böhranları, işsizlik və ya əskik məşğulluq, idarə edilməyən inflyasiya nisbəti əsas risklərdir.
Şimali Amerikada kiber təhdidlərin çoxalması və şəxsi məlumatların oğurlanması bölgədəki rəhbərlərin ən böyük qorxusu olmağı davam etdirir. Regionda öz növbəsində, kiber hücumlar, məlumat saxtakarlığı və ya oğurluğu, terror aktları və əsas infrastruktur çatışmazlığı ən yüksək risk amilləri kimi qiymətləndirilir.
Cənubi Asiyada su böhranları, terror hücumları və insanlardan qaynaqlanan ekoloji fəlakətlər, Səhra Altı Afrikada da işsizlik və ya əskik məşğulluq, dövlət idarəçiliyi uğursuzluğu və əsas infrastruktur çatışmazlığı ən mühüm risk amilləri kimi görünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
10 d. əvvəl
“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub
-
31 d. əvvəl
110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
12 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub

110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO

OPEC+ gündəlik neft hasilatını 137 min barel artıracaq

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
