"Sovetski"dəki yolun yenidən qurulması yekunlaşdı
ONLAYN AVİABİLET AL – WWW.SAFAR.AZ
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, artıq bu çərçivədə işlərin 80 faizi aparılaraq yekunlaşdırılıb. Təzəpir məscidi ətrafındaki yollar 2 zolaqlı, digər yolların isə 3 və 4 zolaqlı olması nəzərdə tutulub.
Yenidən qurulan 440 metr uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsində işlər tam olaraq yekunlaşdırılıb. Küçə boyu yalnız yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işi qalıb. Ərazidə yaşayan vətəndaşların rahatlığı üçün hərəkətin məhdudiyyəti müvəqqəti olaraq aradan qaldırılıb. Uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində isə işlərin 90%-i bitib. Hazırda küçədə son tamamlanma işləri aparılır. Piyada səkilərinin tikintisi və küçənin "Statistika dairəsi"nə doğru birləşdirilməsi üçün aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir. Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Prospekt boyunca hazırda genişləndirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Layihəyə əsasən yolun ümumi eni 11-23.5 metr təşkil edəcək.
Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də sürətlə işlər davam etdirilir. Küçələrin uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb.
Füzuli küçəsində də son tamamlanma işləri aparılır. Burda ümumi işlərin 90%-i yekunlaşdırılıb. Hazırda küçədə asfatlanma və piyada səkilərinin tikintisi işləri gedir.
Mirzəağa Əliyev küçəsində isə asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Torpaq işləri və kommunikasiya xətlərinin çəkilməsi yekunlaşan küçədə fiziki işlərin göstəricisi 60% təşkil edir.
Layihə çərçivəsində Füzuli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində yeni 2 hərəkət zolaqlı geri dönmə hissə yaradılır. Artıq burda da işlər bitmək üzrədir. Hazırda bu hissədə asfaltlanma işləri aparılır.
Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri, ictimai nəqliyyat üçün 14 ünvanda “cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri tikiləcək.
“Azəravtoyol” ASC-nin rəhbərliyinin xüsusi nəzarəti altında sözügedən küçələrdə sürətlə və ən əsası keyfiyyətlə aparılan işlərin may ayının əvvəllərinə kimi yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və iki növbəli iş qrafiki müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 20 saat sonra
-
20 d. əvvəl
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
-
37 d. əvvəl
Azərbaycanlıların pullarını ələ keçirən şəbəkə ifşa edildi – 11 nəfər ölkəyə gətirildi
- 40 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
-
1 saat əvvəl
Sahibkardan rüşvət almaqda şübhəli bilinən vergi müfəttişi həbs edildi
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Baku Steel Company “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
Noyabrın 4-də gözlənilən hava şəraiti
Ombudsman seçildi - 7 il, 2033-cü ilədək vəzifədə qalacaq
Ən çox oxunanlar
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
Azərbaycanda “Quşçuluq qrupu” fəaliyyətə başlayıb

























