Naxçıvanda kredit qoyuluşunun həcmi 171 milyon manatı keçib
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin məlumatına görə, muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 31 dekabr 2019-cu il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşunun həcmi 171 milyon 191 min manata çatıb.
Marja məlumata istinadən xəbər verir ki, bu kreditlərin 6 milyon 240 min manatı qısamüddətli, 164 milyon 951 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.
Verilmiş kreditlərin 12 milyon 434 min manatı kənd təsərrüfatı, 10 milyon 945 min manatı sənaye, 3 milyon 703 min manatı tikinti, 6 milyon 289 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinə, 105 milyon 333 min manatı digər kommunal, sosial və istehlak kreditlərinə yönəldilib.
Kredit qoyuluşuna sahələr üzrə nəzər saldıqda, 8,7 faizlə kənd təsərrüfatı, 7,6 faizlə sənaye sahələrini görə bilərik.
Kənd təsərrüfatı üzrə verilmiş kreditlərə gəldikdə, burada bitkiçilik məhsulları istehsalına 1 milyon 321 min manat kredit verilib ki, bu da 2018-ci ilin yekunları ilə müqayisədə, təxminən, 2,8 dəfə çoxdur. Heyvandarlıq məhsulları istehsalını artırmaq üçün ötən il 9 milyon 983 min manata yaxın kredit verilib ki, bu da bir il əvvəlki rəqəmlə müqayisədə 2 dəfəyə yaxın artıqdır. Ümumilikdə, bu sahələrlə yanaşı, 2018-ci illə müqayisədə daha çox kredit verilmiş sahələr arasında tikinti üçün, təxminən, 5 dəfə, taxılçılıq üçün isə, təxminən, 6 dəfə çox kreditlər verildiyini deyə bilərik.
Ötən ilboyu muxtar respublika iqtisadiyyatına kredit qoyuluşunu həyata keçirən kredit təşkilatları arasında isə 83,7 faizlə özəl bankların üstünlük təşkil etdiyini görürük. Bunlardan sonrakı yerləri 12,6 faizlə dövlət bankları, 3,7 faizlə bank olmayan kredit təşkilatları tutmaqdadır.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 575-i Naxçıvan şəhərində, 703-ü isə rayon və kənd mərkəzlərində olmaqla, 1278-ə çatdırılıb. 2019-cu ilin yanvar-dekabr aylarında POS-terminal və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 45 milyon 550 min 608 manat təşkil edib. Nəticədə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 10 milyon 457 min 258 manat artım qeydə alınıb. Nağdsız ödənişlərin 14 milyon 717 min 545 manatı POS-terminallar vasitəsilə, 30 milyon 833 min 63 manatı isə internet və digər ödəniş vasitələri üzərindən icra edilib.
31 dekabr 2019-cu il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 9 milyon 789 min manat, o cümlədən milli valyuta ilə 8 milyon 833 min, xarici valyuta ilə 956 min manat həcmində təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
7 d. əvvəl
Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib
-
-
20 d. əvvəl
Dünyanın ən varlı adamından milyardlarla dollarlıq vəd – ABŞ-da hər uşağa bir səhm
- 24 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb – İdxal 14,6 milyon dollar geriləyib
-
1 saat əvvəl
Azərbaycana bitki yağlarının idxalı kəskin artıb – 223 milyon dolları ötüb
-
1 saat əvvəl
Azərbaycan xaricdən kərə yağı alışını artırıb, günəbaxan və qarğıdalı yağlarının alışını artırıb
-
11 saat əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
11 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
11 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
11 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycan xaricdən kərə yağı alışını artırıb, günəbaxan və qarğıdalı yağlarının alışını artırıb
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib






























