Mərkəzi Bank Avropa bankı ilə 200 milyon dollarlıq müqavilə bağladı
Yerli şirkətlərə milli valyutada kredit dəstəyi göstəriləcəkKoronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Mərkəzi Bank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında ümumi məbləği 200 mln. ABŞ dolları olan svop müqaviləsi bağlanıb.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bununla da AYİB yerli valyutaya etibarlı çıxış imkanı əldə etməklə yerli şirkətlərə milli valyutada kredit dəstəyi göstərməyə yeni imkanlar əldə edəcəkdir. Bu məbləğin 50 milyon ABŞ dolları, yəni 85 milyon manat ekvivalentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur.
"Mərkəzi Bank və AYİB arasında əldə edilmiş bu razılaşma pandemiyadan təsirlənmiş biznes subyektlərinin dəstəklənməsi ilə yanaşı, ölkəmizdə törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsini və alternativ maliyyələşmə aləti kimi istifadəsini də təşviq edəcəkdir. Bu, Mərkəzi Bank tərəfindən beynəlxalq müstəvidə həyata keçirilən strategiyanın, beynəlxalq maliyyə təşkilatları ilə olan sıx əməkdaşlığın və törəmə maliyyə alətləri üzrə beynəlxalq çərçivə razılaşmasının ölkəmizin pul və kapital bazarında tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir.
Eyni zamanda, Azərbaycan kapital bazarının inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank ilə AYİB arasında yerli bazarda manatda istiqraz emissiyasının həyata keçirilməsi və törəmə maliyyə alətləri bazarının hüquqi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə əməkdaşlıq davam etdirilir",- məlumatda deyilir.
Qeyd etmək lazımdır ki, AYİB Azərbaycan ilə uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirir. Bugünədək AYİB Azərbaycan iqtisadiyyatına 170 layihə üzrə 3,3 mlrd. avro vəsait investisiya etmişdir. AYİB, həmçinin, kiçik və orta sahibkarlıq subyektlərinə biznes məsləhət xidmətləri də göstərir və 1000-dən çox şirkətin maliyyə nəticələrinin və inkişafının təkmilləşdirilməsi istiqamətində texniki dəstək göstərmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
7 saat əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
7 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
7 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
7 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
11 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
11 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
11 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi

























