Azərbaycanda xüsusi karantin rejimi uzadıldı və sərtləşdirildi
Bir sıra şəhər və rayonlarda iki həftəlik ciddi karantin rejimi tətbiq olunacaqAzərbaycanda xüsusi karantin rejiminin Avqust ayının 1-dək uzadılmasına qərar verilib.
Marja xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.
O qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron rayonunda 21 iyun 2020-ci il saat 00:00-dan 5 İyul 2020-ci il saat 06:00-dək ciddi karantin rejimi tətbiq ediləcək. Yaşayış yerini tərk etmək SMS xəbərdarlıq və xüsusi icazə əsasında olacaq.
L. Abdullayeva məhdudiyyət tətbiq ediləcək sahələri açıqlayıb: “Məhdudiyyətlərə dövlət və özəl təşkilatlarla işləyənlərlə bağlı məhdudiyyətlər, yəni müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin dayandırılması, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlərin dayandırılması, muzey və sərgi salonlarının fəaliyyətinin dayandırılması, malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları daxildir. Məlum olduğu kimi, 1 iyundan onsuz da qüvvədə olan bəzi məhdudiyyətlər var idi ki, həmin məhdudiyyətlər də bu zaman çərçivəsində saxlanılır. Yəni rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq, bərpa üzrə xidmətlər (burada tibbi xidmətlər istisna təşkil edir), mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti, hotellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətlərin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri, tədbirlərin təşkili, təhsil müəssisələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdən artıq qrupda cəmləşmə məhdudiyyətləri qüvvədə qalır”.
Sabah Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə ətraflı məlumat yayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)








