"İpoteka kredit portfelimiz 200 milyon manata çatıb"
Hazırda Kapital Bank-ın ipoteka kredit portfeli artaraq 200 mln manat həddinə çatıb. Bankın gələcək prioritetlərindən biri cari portfeli saxlamaqla yanaşı, daha da artırmaqdır.
Marja xəbər verir ki, bunu Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov bildirib.
O qeyd edib ki, Kapital Bank, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən təqdim olunan mənzillərin kreditləşməsi üzrə olan dövlət layihəsində də aktiv iştirak edir: "Ötən il ərzində MİDA layihəsi üzrə təqdim olunan mənzillər üçün 3 milyon manat həcmində kredit rəsmiləşdirilib. Bu ipoteka növü üzrə kredit portfelimiz, ümumilikdə 6 milyon manat təşkil edir. Cari il ərzində MİDA tərəfindən təqdim olunan yeni layihələrə əsasən mənzillərin kreditləşməsi nəzərdə tutulur və vətəndaşların müraciətlərinə operativ şəkildə baxılması təmin edilir".
Ramil İmamov qeyd edib ki, regionlarda əhalinin yaşayış şəraitinin və mənzil təminatını yaxşılaşdırmaq məqsədilə bu ilin may ayından etibarən regionlar üzrə güzəştli şərtlərlə sosial ipoteka məhsulunun kreditləşməsinə başlanılıb. Qeyd olunan məhsul növündən, əsasən az təminatlı və sosial təbəqəyə mənsub olan gənc ailələrin faydalanması nəzərdə tutulur. 1 aydan bir qədər artıq müddət ərzində artıq bu məhsul növündə 22 vətəndaş faydalanıb ki, bu şəxslərə verilən kreditlərin həcmi 500 min manat miqdarındadır. Bu məhsul növü üzrə 10 milyon manat civarında kreditlərin verilməsi nəzərdə tutulur və mütəmadi olaraq müraciətlər qəbul edilir.
Bundan başqa, dövlət layihələri ilə yanaşı Kapital Bank müştərilərin artan mənzil tələbatlarını ödəmək üçün öz vəsaiti hesabına 2 növ yeni daxili ipoteka məhsulunu təklif edir.
Ramil İmamov, "İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir" deyərək sözlərinə belə davam edib:
"Paralel olaraq bankımız tərəfindən ipoteka kreditləşməsinin əhatə dairəsi Bakı, Abşeron və Sumqayıt şəhər əraziləri üzrə yeni növ daxili ipoteka krediti məhsulunun satışına start verilib. Təklif olunan məhsul növü ilə müştərilərə 10 il müddətinə 500 min manatadək daxili ipoteka kreditindən faydalanmaq imkanı yaradılıb. Müştərilərimiz üçün sevindirici xəbər olaraq bildirək ki, hazırda tərəfimizdən müvafiq məhsul üzrə 3 aylıq endirim kampaniyası təklif olunur. Belə ki, kampaniya müddətində müştərilərimiz 10%-dən başlayan illik faiz dərəcəsi ilə bu kreditlərdən faydalana bilərlər. Cari kampaniya 30 sentyabr 2020-ci il tarixədək davam edəcək. Əlavə olaraq qeyd edək ki, bu məhsul növü üzrə bir sıra Mənzil Tikinti Kooperativləri ilə də əməkdaşlıq etmək nəzərdə tutulub".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
5 saat əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
6 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
6 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
6 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
9 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
9 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
10 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi





























