"Qida Biznes Klubu"nun təqdimatı keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü ilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək tədbirləri çərçivəsində “Qida Biznes Klubu” adlı daha bir layihənin icrasına başlanılıb.
Qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlar, Agentlik və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri, eləcə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı keçirilib. Tədbirdə “Qida Biznes Klubu” haqqında görüş iştirakçılarına ətraflı məlumat verilib.
Bildirilib ki, “Qida Biznes Klubu” qida sahəsində ölkədə olan mövcud vəziyyəti və inkişaf perspektivlərini dəyərləndirərək bu sahədə qida təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunvericiliyi, təcrübəni və əlaqədar texniki dəstək xidmətlərini, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun xidmətlərini özündə birləşdirir. Klub üzvlərinə texniki dəstək xidmətini İcra Komitəsi həyata keçirəcək. Həmçinin layihə çərçivəsində Agentlik sədrinə yeni təyin olunmuş beynəlxalq müşavirlərin - Ringolds Arnitis (Latviya), Ana Allende (İspaniya), Güven Güneren, Nevzat Birişik, Veli Cengiz Özalpın (Türkiyə) sahibkarlarla müvafiq qida təhlükəsizliyi sisteminin prinsipləri, burada sahibkarların üzərinə düşən məsuliyyət və prosesdə iştirakları, bu sahədə yeni metodologiyaların tələbləri və öz ölkələrində əldə olunmuş müsbət təcrübələrin bölüşülməsi nəzərdə tutulub. Eyni zamanda qida zənciri üzrə sahibkarlıq subyektinin fəaliyyət istiqamətindən asılı olaraq klubun İctimai İaşə Komitəsi, Qida İstehsalı Komitəsi, Logistika və Distribüterlik Komitəsi, Kiçik Sahibkarlıq Komitəsi və digər komitələrin də yaradılması nəzərdə tutulub.
Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, layihə çərçivəsində AQTA və AQTİ-nin fəaliyyət istiqamətləri və təklif etdiyi xidmətləri çərçivəsində klub üzvlərinə bizneslərini daim inkişaf etdirmək üçün lazımi dəstək veriləcək. Sahibkarların yarana biləcək problemlərinin daha çevik və operativ qaydada aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcək ki, bununla da müasir tələblərə uyğun məhsul və xidmətlərin realizasiyasının həyata keçirilməsi təmin olunacaq.
Qeyd olunub ki, “Qida Biznes Klubu”na üzvlük subyektlərin fəaliyyət istiqamətləri və sahələri nəzərə alınmaqla tənzimlənir. Belə ki, “Qida Biznes Klubu”na qida zəncirinin bütün mərhələlərində iştirak edən, yəni qida məhsullarının “tarladan süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması və daşınması (logistika və distribüterlik), eləcə də ictimai-iaşə müəssisələri kimi fəaliyyət istiqaməti ilə məşğul olan sahibkarlıq subyektləri üzv ola bilərlər. Qiymətləndirmə əsasında fəallıq nümayiş etdirmiş üzvün və ya üzvlüyə namizədin il ərzində müvafiq güzəştlərlə daha yüksək kateqoriyaya irəli çəkilməsi həyata keçiriləcək. Bundan başqa, “Qida Biznes Klubu”nun üzvləri bir çox hüquq və imtiyazlara malik olacaqlar. Belə ki, klub üzvləri güzəştli texniki dəstək və laborator xidmətlərdən faydalana biləcəklər. Təklif olunan xidmətlər vasitəsilə qida sahəsində fəaliyyət göstərən klub üzvləri tərəfindən keyfiyyətli və təhlükəsiz xidmət və məhsulların realizasiyası zamanı fasiləsizlik, əlçatanlıq və dayanıqlılıq təmin ediləcək.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 52 d. sonra
-
10 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
17 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 28 d. əvvəl
-
39 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 50 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























