Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” 2020-ci ili 31,376 milyon lirə (7,53 milyon manat) xalis mənfəətlə başa vurub.

Bankın maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 22,1% çoxdur.

Ötən il "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 129,745 milyon lirə (31,139 milyon manat, illik müqayisədə 7,9% az), faiz xərcləri 53,853 milyon lirə (12,925 milyon manat, 22,8% çox), haqq və komissiya gəlirləri 4,186 milyon lirə (1,005 milyon manat, 4,2% çox), qiymətli kağızların alqı-satqısından gəlirləri 5,476 milyon lirə (1,314 milyon manat, 1 il bundan əvvəl zərər olub), inzibati xərcləri 24,265 milyon lirə (5,824 milyon manat, 51,1% çox), digər gəlirləri 9,065 milyon lirə (2,176 milyon manat, 57,5% çox), digər xərcləri 23,746 milyon lirə (5,699 milyon manat, 52,9% çox), xüsusi ehtiyatlara ayırmaları 4,52 milyon lirə (1,085 milyon manat, 88,4% az), mənfəət vergisi ödəmələri isə 10,712 milyon lirə (2,571 milyon manat, 47,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 2 179,409 milyon lirə (523,058 milyon manat) olub ki, bu da illik müqayisədə 26,35% çoxdur. Bunun 1 384,766 milyon lirəsi (332,344 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30,6% böyüyüb.

Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 35,4% artaraq 1 616,739 milyon lirəyə (388,017 milyon manat), balans kapitalı isə 5,85% artaraq 562,67 milyon lirəyə (135,041 milyon manat) çatıb.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (120 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur. 

1 lirə = 0,24 manat 

“Renkinq” 

09.02.2021 05:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ