Əmanətlərin tam sığortalanması müddəti başa çatdı – DƏYİŞİKLİKLƏR QÜVVƏYƏ MİNDİ
Ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8%-nin depozitləri 100 min manata qədərdir.Əmanətlərin Sığortalanması Fondundan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Sözügedən Qanunun 05 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatmışdır.
Məlumatda qeyd edilib ki, ötən dövr ərzində əmanətlərin tam sığortalanması mexanizminin həyata keçirilməsi ilə ölkədə iqtisadi böhranın bitməsinə, bank sistemində sabitliyin əldə olunmasına, fiziki şəxslərin əmanətlərinin itirilməsi riskinin qarşısının alınmasına və banklara depozit axınının cəlb olunmasına nail olunmuşdur. Aparılan təhlillərin nəticəsində məlum olmuşdur ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8%-nin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması təşəbbüsü irəli sürülmüşdür.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunununa dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada 2,5%) kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılmışdır.
Qeyd edək ki, bankların lisenziyası ləğv olunduqda və müflis elan olunduqda həmin banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açılmış bank hesablarındakı pul vəsaitləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun olaraq təminatsız kreditor tələbi kimi növbəlik qaydasında ödənilir. Belə olduqda sahibkarlar vəsaitlərini uzun müddət ərzində əldə edə bilmirlər və bu hal həmin sahibkarın biznes fəaliyyətinin ziyana uğraması ilə nəticələnir. Qlobal təcrübəyə nəzər yetirsək, fərdi sahibkarların banklardakı vəsaitlərinin sığortalanması təcrübəsi inkişaf etmiş və inkişaf etməkdə olan bir sıra ölkələrdə, o cümlədən Qazaxıstan, Polşa, Malayziya, Cənubi Koreya və Estoniyada, habelə Böyük İyirmilik ölkələrində tətbiq edilmişdir.
Göstərilənləri nəzərə alaraq “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edilməsi ilə bağlı Qanun Milli Məclis tərəfindən qəbul edilmiş və 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunununa edilmiş əlavəyə əsasən, banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 (iyirmi) min manat hissəsini kompensasiya kimi dərhal əldə edə biləcəklər. Bununla da, Azərbaycan Respublikası Prezidentinin kiçik və orta sahibkarlara dəstək göstərilməsi və onların maliyyə çətinliklərinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq kiçik və orta sahibkarların maliyyə vəsaitlərinin qorunması təmin ediləcəkdir. Həmçinin bildiririk ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunununa edilmiş digər dəyişikliyə əsasən notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya həmin vəsaitlərin 100 faizi həcmində ödəniləcəkdir. Belə ki, fiziki şəxslər tərəfindən notariat əməliyyatları zamanı (alqı-satqı və digər əməliyyatlar zamanı) notariusların depozit hesablarına yerləşdirilmiş vəsaitlər konkret təyinat üzrə olduğundan (yəni əmlakın alqı-satqısı, borc müqaviləsi və digər) və qısa zaman ərzində notariusun depozit hesabında qaldığından şəxsə məxsus həmin vəsaitlərin qorunan əmanətlərə aid olunacaq və bankda sığorta hadisəsi baş verdikdə bu cür vəsaitlər Fond tərəfindən tam kompensasiya ediləcəkdir.
Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü nəticəsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər dövlətimizin iqtisadiyyata dəstək olan siyasəti ilə ahəngdarlıq təşkil edir. Əmanətlərin Sığortalanması Fondu sözügedən dəyişiklliklərlə bank sahəsində vətəndaşlarımızın hüquq və mənafelərinin qorunmasına, banklarda əmanətin yerləşdirilməsinə etimadın artmasına, bazar intizamı və rəqabət mühitinin gücləndirilməsinə və beləliklə bank sisteminin dayanıqlığına öz töhfəsini verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
5 saat əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
5 saat əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
5 saat əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
6 saat əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
6 saat əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
7 saat əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq























