Beynəlxalq Bankın sağlamlaşdırılması prosesinin növbəti mərhələsinə başlanılır
Azərbaycan Beynəlxalq Bankının xaricdən cəlb etdiyi borclar dövlətə ötürüləcək
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli Fərmanın icrası çərçivəsində ABB-nin maliyyə dayanıqlılığının gücləndirilməsi üçün ardıcıl və hədəfli tədbirlər həyata keçirilməkdədir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital itkilərinin bərpasını əhatə edir. Artıq ABB-nin 9,93 milyard manat dəyərində toksik aktivi dövlət tərəfindən alınmış, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 milyard ABŞ dolları və 70 milyon manat həcmində depozit yerləşdirilmişdir.
Bundan əlavə, bankın kapital mövqeyinin dəstəklənməsi üçün 2017-ci ilin yanvar ayı ərzində onun əsas səhmdarı olan dövlət tərəfindən bankda yerləşdirilmiş depozitlərin 600 milyon manat hissəsi kapitalın artırılmasına yönəldilmişdir.
Tədbirlər bankın kapital və likvidlik mövqeyini gücləndirsə də bankın yüksək faiz ödənişləri, manatın əsas xarici valyutalara qarşı devalvasiyası, toksik aktivlərin dövlət tərəfindən satınalma prosesinin başa çatmaması ABB-ni əlavə itkilərə məruz qoymuşdur. Nəticədə 2016-cı ilin yekunlarına görə beynəlxalq maliyyə hesabatları üzrə Beynəlxalq Bank Qrupunun (bankın törəmə təşkilatları da daxil olmaqla) 1,9 milyard manat, ABB-nin özünün isə 1,74 milyard manat məbləğində zərərinin açıqlanması gözlənilir.
ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə insitituna çevrilməsi üçün bankın rəhbərliyi Azərbaycan hökuməti ilə birlikdə maliyyə sağlamlaşdırılması üzrə tədbirləri davam etdirir.
Sağlamlaşdırma prosesinin növbəti mərhələsi olaraq öhdəliklərin könüllü restrukturizasiyası nəzərdə tutulur.
Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində “Banklar haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi planlaşdırılır.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Öhdəliklərin könüllü restrukturizasiya planı bank qanunvericiliyinə müvafiq qaydada Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış və restrukturizasiya prosesinin başlanılması barədə Nəsimi rayon məhkəməsi tərəfindən 4 May 2017-ci il tarixində qərar qəbul edilmişdir. Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır.
Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatları cari rejimdə davam edəcəkdir.
"Bu tədbirlərin həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti güclənəcək və gəlir generasiya etmə qabiliyyəti bərpa olunacaqdır. Həmçinin, bankın kapital mövqeyi requlyativ çərçivəyə qayıdacaqdır",- Məlumatda deyilir..
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
“Azərbaycan Beynəlxalq Bankının maliyyə və kapital mövqeyinin zəifləməsi ilə bağlı narahatlıq mövcuddur. ABB-nin maliyyə dayanıqlığının bərpa edilməsi Azərbaycan iqtisadiyyatı üçün önəmli olan maliyyə xidmətlərinin göstərilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bank tərəfindən hal-hazırda görülən tədbirlər maliyyə sabitliyinin təmin edilməsi üçün əhəmiyyətli addımdır və bu tədbirlər Maliyyə Nazirliyi tərəfindən tam şəkildə dəstəklənir. Maliyyə Nazirliyi ümid edir ki, ABB-nin xarici valyutada olan kreditorları təklif olunan restrukturizasiya planını dəstəkləyəcəkdir. Dövlət bank üçün böyük addım atır və faktiki olaraq dövlət borcunun artırılması hesabına ABB-nin borclarını qəbul edir. Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, ABB-nin əmanətçiləri təklif olunan restrukturizasiya planından təsirlənməyəcək və Bankın bütün xidmət və əməliyyatları eyni qaydada davam etdiriləcək.” – deyə maliyyə naziri Samir Şərifov bildirib.
ABB-nin sağlamlaşdırılma prosesi Maliyyə Bazarlarına Nəzarət Palatasının ardıcıl nəzarəti altında həyata keçirilir.
“Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir. ABB maliyyə göstəricilərinə görə ölkənin ən iri bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsi, əhaliyə geniş çeşidli bank xidmətlərinin göstərilməsi və sahibkarlara kredit verilməsində mühüm rol oynayır. Buna görə də biz Maliyyə Nazirliyinin bankın maliyyə vəziyyətini sabitləşdirmək və dayanıqlığını təmin etmək səylərini müsbət qarşılayırıq. Hesab edirik ki, bu addım təkcə bank üçün deyil, ümumilikdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət daşıyır. Restrukturizasiya planı ABB-nin yerli hüquqi və fiziki şəxslər qarşısındakı öhdəliklərinə heç bir halda təsir etmir. MBNP olaraq biz bankın kreditorlarının və əmanətçilərinin hüquqlarının pozulmayacağına və vəsaitlərindən sərbəst şəkildə istifadə etmələrinə nəzarət edəcəyik” – deyə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
“2016-cı il üzrə maliyyə nəticələrimizdə qeyd olunduğu kimi, ABB hal-hazırda mürəkkəb maliyyə vəziyyətindədir. Buna baxmayaraq, inanıram ki, bizim xarici valyutada olan kreditorlarımızın dəstəyi ilə ABB-nin gələcək maliyyə dayanıqlığı təmin ediləcək. Bankın cari vəziyyətində göstərdikləri dəstəyə görə Maliyyə Nazirliyinə və MBNP-yə minnətdarlığımı bildirirəm.
ABB-nin pərakəndə və korporativ müştərilərini əmin etmək istəyirəm ki, restrukturizasiya planı onlara heç bir halda təsir etməyəcək. Əlavə olaraq, bizim digər xidmət və əməliyyatlarımız bu prosesdən kənarda qalacaq”- deyə ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
Bütün bu tədbirlərin nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaqdır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
-
8 saat əvvəl
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
-
8 saat əvvəl
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
-
9 saat əvvəl
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İnvestorlar üçün yeni istiqrazlar – İllik 15% gəlir, aylıq faiz ödənişi
-
10 saat əvvəl
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropaya Azərbaycan elektrik enerjisinin ixracı üçün yeni imkanlar müzakirə olunur – “Zhero” layihəyə maraq göstərir
Dövlət Fondu yeni məhsulunu təqdim etdi – Sahibkarlara 5%-dən başlayan faizlə 50 min manatadək kredit veriləcək
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
Rabalon Microsoft texnologiyaları ilə bizneslərə yeni imkanlar açır
Çin şirkəti Azərbaycanda 200 MVt gücündə dəniz külək elektrik stansiyası tikmək imkanlarını araşdırır
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı























