970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir

Azərbaycanın nəhəng enerji layihəsinə Britaniyadan investor marağı. “Xlinks” şirkəti Azərbaycanın Avropaya elektrik ixracı layihəsinə qoşulmaq istəyir.
AzVak-mobil_resmin_ustu_31
Britaniya şirkəti Azərbaycanın Yaşıl Enerji Dəhlizinə sərmayə yatırmaq istəyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda energetika naziri Pərviz Şahbazovla Böyük Britaniyanın “Xlinks” şirkətinin baş icraçı direktoru James Humfrey arasında görüş keçirilib.

Görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafında şirkətin mümkün iştirakı, layihənin texniki və kommersiya həlləri, maliyyələşdirmə və idarəetmə modeli üzrə fikir mübadiləsi aparılıb.

Nazir Pərviz Şahbazov elektrikləşmənin sürətləndiyi dövrdə ölkələrarası enerji bağlantılarının enerji təhlükəsizliyi, ekoloji dayanıqlılıq və iqtisadi rifah baxımından əhəmiyyətini vurğulayıb. Bu bağlantıları ölkələr və regionlar arasında yeni ticarət imkanları yaradan körpülərə bənzədən nazir Cənub Qaz Dəhlizi təcrübəsinin belə layihələrin xalqları birləşdirdiyini, əlavə iqtisadi dəyər və uzunmüddətli əməkdaşlıq yaratdığını göstərdiyini bildirib. Yaşıl Enerji Dəhlizində fiber-optik bağlantının da nəzərdə tutulmasının enerji və rəqəmsal əməkdaşlıq imkanlarını genişləndirdiyi qeyd edilib.

James Humfrey şirkətin layihənin inkişafına dəstək göstərmək, birgə investisiya qoymaq və inkişaf mərhələsində öz vəsaiti ilə iştirak etmək marağını ifadə edib.

“Xlinks”in texniki komandasının sualtı kabel və yüksək gərginlikli sabit cərəyan sistemləri üzrə təcrübəsi barədə məlumat verilib. Kapital xərclərinin optimallaşdırılması, icra müddətlərinin qısaldılması və Avropa bazarlarına çatdırılacaq elektrik enerjisinin rəqabətqabiliyyətliliyinin artırılmasına dair təkliflər təqdim olunub. Tənzimlənən və kommersiya əsaslı komponentləri birləşdirən hibrid modelin maliyyələşdirmə imkanları və Avropa İttifaqının tənzimləyici çərçivəsi ilə uyğunluğu nəzərdən keçirilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Xlinks James Humfrey Pərviz Şahbazov Yaşıl Enerji Dəhlizi Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi Azərbaycan Böyük Britaniya əməkdaşlığı Britaniya investisiyaları Azərbaycandan Avropaya elektrik enerjisi ixracı sualtı elektrik kabeli HVDC bərpa olunan enerji yaşıl enerji enerji infrastrukturu Avropa enerji bazarı fiber-optik kabel enerji təhlükəsizliyi.
22.10.2026 16:48
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19