Prezident dəyişikliyi təsdiq etdi - Cərimələr artırıldı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmanda Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi nəzərdə tutulur.
Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı digər aidiyyatlı qurumlar da müfaviq addımları atmalıdır.
Prezident həmçinin Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişiklikləri də təsdiq edib. Dəyişikliklər aşağıdakılardır:
1. 253-cü maddə üzrə:
1.1. adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 253. Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi”;
1.2. 253.2-ci maddənin:
1.2.1. dispozisiyasında “aid olmayan” sözləri “daxil olmayan” sözləri ilə, “zədələnməsinə, kəsilməsinə” sözləri “qanunsuz kəsilməsinə (götürülməsinə)” sözləri ilə əvəz edilsin;
1.2.2. sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.”;
1.3. 253.3.1-ci maddənin:
1.3.1. dispozisiyasında “tikinti” sözündən sonra “və abadlaşdırma” sözləri əlavə edilsin, “lazımi icazə olmadan” (birinci halda) sözləri və “zədələnməsinə və ya” sözləri çıxarılsın, “qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə” sözləri “qanunsuz kəsilməsinə (götürülməsinə)” sözləri ilə əvəz edilsin;
1.3.2. sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.”;
1.4. 253.3.2-ci maddənin:
1.4.1. dispozisiyasında “lazımi icazə olmadan” (birinci halda) sözləri və “zədələnməsinə və ya” sözləri çıxarılsın, “qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə” sözləri “qanunsuz kəsilməsinə (götürülməsinə)” sözləri ilə əvəz edilsin;
1.4.2. sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər iki min beş yüz manat miqdarında, vəzifəli şəxslər altı min manat miqdarında, hüquqi şəxslər qırx min manat miqdarında cərimə edilir.”;
1.5. 253.3.3-cü maddənin:
1.5.1. dispozisiyasında “lazımi icazə olmadan” (birinci halda) sözləri və “zədələnməsinə və ya” sözləri çıxarılsın, “qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə” sözləri “qanunsuz kəsilməsinə (götürülməsinə)” sözləri ilə əvəz edilsin;
1.5.2. sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər yeddi min manat miqdarında, hüquqi şəxslər qırx beş min manat miqdarında cərimə edilir.”;
1.6. 253.3.4-cü maddə ləğv edilsin;
1.7. aşağıdakı məzmunda 253.4-cü və 253.5-ci maddələr əlavə edilsin:
“253.4. Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə -fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.
253.5. Bu Məcəllənin 253.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta:
253.5.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə -
fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir.
253.5.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə
-
fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
253.5.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə -
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”;
1.8. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
“Qeyd:
1. Bu Məcəllənin 253-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
2. Bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir.
3. Bu Məcəllənin 253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən bir neçə ağacın və ya kol əkililərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin
25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz.”.
2. Aşağıdakı məzmunda 253-1-ci maddə əlavə edilsin:
“Maddə 253-1. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulması
253-1.1. Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni:
253-1.1.1. mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına;
253-1.1.2. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların təhrif edilməsinə;
253-1.1.3. yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -
vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
253-1.2. Yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni:
253-1.2.1. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə;
253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə -
fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.
253-1.3. Götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə -
fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.
253-1.4. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə -
vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.”.
3. 397-ci maddə ləğv edilsin.
4. 43.1-ci maddəyə “251.3,” rəqəmlərindən sonra “253-1.1,” rəqəmləri əlavə edilsin.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 3 saat əvvəl
-
7 saat əvvəl
Kartlar ilə bağlı yeni məhdudiyyətə aydınlıq gətirildi - AÇIQLAMA
-
8 saat əvvəl
Azərbaycanda ilk LEGO® Certified Store “TORGROUP Global” tərəfdaşlığı ilə açılır
-
9 saat əvvəl
Daşınmaz əmlakın icbari sığortasında yığımlar 38% azalıb, ödənişlər 66% artıb
-
9 saat əvvəl
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
-
9 saat əvvəl
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Bakıda iPhone 18 Pro üçün gecə yarısı izdiham – FOTOLAR
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
Ən çox oxunanlar
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
İkinci kart almaq istəyənlərə PİS XƏBƏR: Bank kartları ilə bağlı yeni məhdudiyyət – ikinci kart verilməyəcək
Bakıda 6 avtobus marşrutu üzrə daşıyıcı dəyişə bilər - 22, 31, 67, 92, 172 və 191 nömrəli avtobuslarla bağlı YENİLİK
Bitkiçilik sığortasında ödənişlər 91,5% azalıb
Heyvanların sığortası üzrə ödənişlər 3,5 dəfə artıb
Yük sığortası üzrə ödənişlər 53% artıb




















