“Başak İnam Sığorta”nın xarici səhmdarı payını satmaq istəyir
“Başak İnam Sığorta” ASC-nin səhmlərinin 14%-nə nəzarət edən Türkiyənin "Groupama Sıgorta" şirkəti payını satmaq istəyir. Bu barədə sığorta bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, buna səbəb türk şirkətinin sahibi olan Fransanın “Groupama” şirkətinin Türkiyədəki sığorta biznesini satmaq istəməsidir. Son nəticədə fransızlar Azərbaycan bazarından da çıxmağa qərar veriblər.
Bununla belə, hələ ki, “Groupama Sigorta”nın “Başak İnam Sığorta”dakı payını almaq istəyən yoxdur. Hazırda Azərbaycan şirkətinin səhmdarlarının diqqəti daha çox digər səhmdara – ləğvetmə prosesində olan “Zaminbank” ASC-yə yönəlib.
Məsələ ondadır ki, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Zaminbank”ın vaxtilə “Başak İnam Sığorta”nın nizamnamə kapitalına yatırdığı 1,7 mln. manat vəsaiti geri çəkmək istəyir. Bu isə o deməkdir ki, şirkətin məcmu kapitalı indiki 5 mln. manatdan 3,3 mln. manata düşəcək və kapitalla bağlı sığorta şirkətlərinə qarşı müəyyən edilmiş minimum tələbnamə (5 mln. manat) pozulacaq.
Odur ki, “Başak İnam Sığorta”nın səhmdarları təcili olaraq şirkətin nizamnamə kapitalını artırmalı və “Zaminbank”ın yerini doldurmalıdır. Bu məsələ səhm sahiblərinin ötən gün keçirilmiş növbədənkənar ümumi yığıncağında müzakirə edilib. İclasın yekununda qəbul edilmiş qərarın gələn həftə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i "Zaminbank"a, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Müşahidə Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.
© Report
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 11 d. əvvəl
-
26 d. əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 37 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
-
1 saat əvvəl
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Ən çox oxunanlar
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər
Leobank “Felis 2026”da qızıl mükafat qazanıb






















