Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bu bankın gəlirləri xərclərini ödəmir - ƏMƏLİYYAT ZƏRƏRİNDƏ!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bankın gəlirləri xərclərini ödəmir - ƏMƏLİYYAT ZƏRƏRİNDƏ!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Premium Bank” ASC-nin xalis mənfəəti 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) 2020-ci ilin eyni dövrü ilə müqayisədə 651 min manat və ya 8,5% azalaraq  6 milyon 999 min manat təşkil edib. Bank 2020-ci ilin 9 ayını 7 milyon 650 min manat xalis mənfəət ilə başa vurmuşdu. Marja xəbər verir ki, bu, Bankın açıqladığı maliyyə hesabatından məlum olur.

“Premium Bank”ın xalis mənfəəti  xüsusi ehtiyat fondunun bir hissəsinin azad olması hesabınadır. Bankın gəlirləri azaldığından və xərcləri artdığından cari əməliyyatları zərər ilə yekunlaşıb.

GƏLİRLƏRİ AZALIB

Heabatda qeyd edilib ki, “Premium Bank”ın faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayiədə  1 milyon 843 min manat və ya  7% azalaraq 24 milyon 425  min manata düşüb. Bank 2020-ci ilin 9 ayında 26 milyon 268 min manat faiz gəlirləri əldə etmişdi.

“Premium Bank”ın qeyri-faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 687 min manat və ya 6,1% azalaraq 10 milyon 473 min manata geriləyib. 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz gəlirləri 11 milyon 160 min manat təşkil etmişdi.

XƏRCLƏRİ ARTIB

“Premium Bank”ın faiz xərcləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayiədə 2 milyon 827 min manat və ya 19,4% azalaraq 11 milyon 753 min manata düşüb. 2020-ci ilin 9 ayında Bankın faiz xərcləri 14 580 min manat təşkil etmişdi.

“Premium Bank”ın qeyri-faiz xərcləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 872 min manat və ya 25,3% artaraq 24 milyon 93 min manata qalxıb. 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz xərcləri 19 milyon 221  min manat təşkil etmişdi.

1 MİLYON MANATA YAXIN ƏMƏLİYYAT ZƏRƏRİ

Ümumiləşdirsək, “Premium Bank”ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 2 milyon 530 min manat azalmasına qarşı, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2 milyon 45 min manat artıb. Gəlirlərin azalması ilə bərabər xərclərin artması  əməliyyat zərərinin yaranmasına səbəb olub. “Premium Bank”ın cəmi 34 milyon 898 min manat əməliyyat gələrilərinə (faiz və qeyri-faiz gəlirlərinə) qarşı cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 35 milyon 846 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 948 min mant əməliyyat zərəri yaranıb.  Mümkün zərərlər üzün yaradılan ehtiyatdan azad olmuş 7 milyon 946 min manat  həm əməliyyat zərərini bağlayıb, həm də Bankın 6 milyon 999 min manat xalis mənfəətini təmin edib.

Qeyd edək ki, “Premium Bank”ın 2020-ci ilin 9 ayında 37 milyon 428 min manat cəmi əməliyyat gələrilərinə (faiz və qeyri-faiz gəlirlərinə) qarşı cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 33 milyon 801 min manat təşkil etmiş, gəlirlər xərcləri üstələdiyindən 3 milyon 627 min manat əməliyyat mənfəəti yaranmışdı. Mümkün zərərlər üzün yaradılan ehtiyatdan azad olmuş 5 milyon 191 min manatın hesabına mənfəət 8 milyon 819 min manata yüksəlmişdi. Bank 1 milyon 169 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 7 milyon 650 min manat xalis mənfəət ilə bağlamışdı.

Beləliklə, “Premium Bank”ın 9 aydakı xalis mənfəəti ehtiyatdan qayıdan (azad olan) vəsaitin hesabınadır. Yeri düşmüşkən qeyd edək ki, xüsusi ehtiyat fondunun bir hissəsinin azad olması “Premium Bank”da qeyri-işlək kreditlərin azaldığına işarədir.

Qeyd edək ki, “Premium Bank”ın faiz gəlirlərinin azalması müştərilərə verilən kreditlər üzrə gəlirlərin azalması ilə əlaqədardır. Faiz xərclərinin azalmasına isə cəlb edilmiş depozitlər üzrə faiz xərclərinin azalması səbəb olub.

“Premium Bank”nın qeyri-faiz gəlirlərinin azalmasının əsas səbəbi haqq və kommisiya üzrə gəlirin azalmasıdır.  Qeyri-faiz xərclərinin artmasına isə əsasən əmək haqqı və digər xərclərin artması səbəb olub.

 MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR KƏSKİN AZALIB

“Premium Bank”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 2 milyon 152 min manat və ya 0,3% artaraq 655 milyon 451 min manata çatıb. Bank 2020-ci ilin sonunda 653 milyon 299 min manat cəmi aktivlərə malik idi. Aktivlərin artması nağd pul vəsaitlərinin artması ilə əlaqədardır.

“Premium Bank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 60 milyon 912 min manat və ya 10,7% azalaraq 509 milyon 191 min manata düşüb. Ötən ilin sonunda Bankın kredit portfeli 570 milyon 103 min manat təşkil etmişdi.

“Premium Bank”da cəmi depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 2 milyon 573 min manat və ya 0,6% azalaraq 428 milyon 545 min manata geriləyib. Bank 2020-ci ilin sonunda 431 milyon 118 min manat cəmi depozitlərə malik idi. “Premium Bank”da fiziki şəxslərin depozitləri 1 milyon 546 min manat, hüquqi şəxslərin depozitləri isə  1 milyon 27 min manat azalıb.

MƏCMU KAPİTALI ARTIB

30 Sentyabr 2021-ci il tarixində “Premium Bank” 179 milyon 972 min manat məcmu kapitala malik olub. Bank 2020-ci ilin sonunda 173 milyon 917 min manat məcmu kapitala malik idi. Məcmu kapitalın artması ehtiyat fondundan qayıdan vəsait hesabına yaranan xalis mənfəətdən qaynaqlanır.

PremiumBank zərər əməliyyat Məcmu kapital
22.10.2021 08:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ