Gələn il Azərbaycanın dövlət büdcəsi 30 milyard manata yaxın olacaq
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 milyard 816 milyon manat, xərclərinin isə 29 milyard 879 milyon manat olacağı gözlənilir.
Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.
Son nəticədə dövlət büdcəsində 3 milyard 63 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.
Büdcə gəlirlərinin 25 milyard 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 milyard 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.
ARDNF gələn il büdcəyə 13 milyard manata yaxın vəsait köçürəcək
2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcəyə 12 milyard 710 milyon manat vəsait köçürəcəyi gözlənilir.
Bu, ilkin proqnozla müqayisədə 7,2% çoxdur.
İcmal büdcəsi 33 milyard manata yaxın olacaq
Gələn il Azərbaycanın icmal büdcəsinin xərclərinin yuxarı həddi 32 906 milyon manat olacaq. Bu, ilkin proqnozla müqayisədə 2,4% çoxdur.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
14 saat sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
2 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
2 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























