Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ölkəmizdə ən çox girov qoyulan daşınmaz əmlaklar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölkəmizdə ən çox girov qoyulan daşınmaz əmlaklar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq praktikada ipotekanın bir çox növündən istifadə olunur. Bu zaman daşınar və daşınmaz əmlak girov predmeti kimi çıxış edir. Ölkəmizdə isə ipoteka krediti əldə edən zaman daha çox  daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir.

Belə ki, vətəndaşlar yeni yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Bu isə onların yeni mənzillə təmin olunmasına imkan verir. Daşınmaz əmlakın daha çox alqı-satqı prosesində iştirak etməsi, girov predmeti olması isə bazarın canlanmasına gətirib çıxarır. Azərbaycanda bu sahə üzrə 2021-ci il statistikasına nəzər yetirək.

Cari ilin yanvar-sentyabr ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 36 798 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 654 və ya 52,4%, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 4 067 və ya 12,4% faiz artıq olub. Bununla yanaşı, qeyd edək ki, ümumilikdə 2020-ci il ərzində 32 693, 2019-cu ildə isə 44 574 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi bağlanılıb.

2021-ci ilin 9 ayı ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar

2021-ci ilin 9 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, fərdi yaşayış evləri, torpaq sahələri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak mənzillərdir. Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 19 339 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 9 ayı ərzində girov qoyulmuş ümumi 36 798 əmlakdan 7 251-i fərdi yaşayış evinin, 5 675-i isə torpaq sahəsinin payına düşüb.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində

daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləri

Müqavilə sayı

Ümumi göstəricidə payı

Mənzillər

19 339

52,5%

Fərdi yaşayış və bağ evləri

7 251

19,7%

Torpaq sahələri

5 675

15,4%

Qeyri-yaşayış binaları

1 676

4,6%

Qeyri-yaşayış sahələri

1 603

4,4%

Bağ evləri

757

2%

Digərləri

497

1,4%

Ümumi say

36 798

100.0%

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi ölkənin iqtisadi mərkəzi sayılan Bakıda bağlanılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində paytaxtda ümumilikdə, 19 969  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 54,2%-i və ya yarıdan çoxu deməkdir. Bakıdan sonra ən çox ipoteka müqavilələri Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron (2 977 müqavilə), Sumqayıt (2 528 müqavilə), Gəncə (1 976 müqavilə) və Xaçmaz ərazi idarələrində (1 391 müqavilə) bağlanılıb. Həmçinin, Yevlax və Bərdə ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi fəallığın göstəricilərindən biri kimi qəbul etmək olar.

Sıra №

Ərazi İdarələrinin adı

İpoteka müqaviləsinin ümumi sayı

                          Ölkə üzrə

36 798

1.

Bakı şəhər Ərazi İdarəsi

19 969

2.

Abşeron Ərazi İdarəsi

2 977

3.

Sumqayıt Ərazi İdarəsi

2 528

4.

Gəncə Ərazi İdarəsi

1 976

5.

Xaçmaz Ərazi İdarəsi

1 391

6.

Yevlax Ərazi İdarəsi

981

7.

Bərdə Ərazi İdarəsi

886

8.

Şirvan Ərazi İdarəsi

745

9.

Lənkəran Ərazi İdarəsi

702

10.

Tovuz Ərazi İdarəsi

616

11.

Beyləqan Ərazi İdarəsi

593

12.

Şəki Ərazi İdarəsi

585

13.

Şəmkir Ərazi İdarəsi

577

14.

Cəlilabad Ərazi İdarəsi

570

15.

Qəbələ Ərazi İdarəsi

499

16.

Şamaxı Ərazi İdarəsi

484

17.

Ucar Ərazi İdarəsi

432

18.

Zaqatala Ərazi İdarəsi

287

Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Sumqayıt və Abşerondur. Bütün girov qoyulan mənzillərin 90,2%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr Gəncə, Yevlax, Şirvan və Bərdə ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunmuşdur. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə Şamaxı, Şəmkir və Qəbələdir.

 Mənzillərin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqaviləsinin sayı

Bakı şəhər Ərazi İdarəsi

14 635

Sumqayıt Ərazi İdarəsi

1 617

Abşeron Ərazi İdarəsi

1 189

Gəncə Ərazi İdarəsi

622

Yevlax Ərazi İdarəsi

412

Şirvan Ərazi İdarəsi

236

2021-ci ilin ilk 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələri Gəncə, Bərdə, Xaçmaz və Cəlilabaddır.


Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqavilələrinin sayı

Bakı şəhər Ərazi İdarəsi

1 726

Abşeron Ərazi İdarəsi

932

Gəncə Ərazi İdarəsi

627

Bərdə Ərazi İdarəsi

537

Xaçmaz Ərazi İdarəsi

403

Cəlilabad Ərazi İdarəsi

368

Cari ilin 9 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq Bakı, Xaçmaz, Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə Zaqatala ( 84 müqavilə), Cəlilabad ( 36 müqavilə) ərazi idarələridir.

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqavilələrinin sayı

Bakı şəhər Ərazi İdarəsi

991

Xaçmaz Ərazi İdarəsi

821

Abşeron Ərazi İdarəsi

638

Gəncə Ərazi İdarəsi

543

Şəki Ərazi İdarəsi

343

Sumqayıt Ərazi İdarəsi

318

Daşınmaz əmlak girov
27.10.2021 15:49
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-3_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana səhifədə 2-ci reklam-2_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
InvestAZ