Bakı və Abşeronda internetin sürəti 30% artırılacaq
“Azercell Telekom” abunəçilərinin tələblərinə yüksək səviyyədə cavab vermək üçün ölkə üzrə LTE şəbəkəsinin əhatə dairəsini daha da genişləndirirMüasir zamanda mobil internetə olan əsas tələb - bağlantının sürətli və kəsintisiz olmasıdır. “Azercell Telekom” elə bu ehtiyacı əsas tutaraq Azərbaycan üzrə LTE şəbəkəsinin əhatə dairəsini getdikcə daha da artırır.
Şirkətin yaydığı məlumatda bildirilir ki, hazırda Azercell-in LTE şəbəkəsinin coğrafi baxımdan əhatə dairəsi ötən ilə nisbətən təxminən 7% daha artıqdır. Ümumilikdə 2021-ci ilin 9 ayı müddətində şirkətin quraşdırdığı yeni stansiyalarının fəaliyyəti nəticəsində LTE şəbəkəsinin əhali üzrə əhatə dairəsi 85.65%-ə, coğrafi əhatə dairəsi isə 74.3%-dək artıb.
Xatırladaq ki, şirkətin ümumilikdə səs və mobil internet xidmətlərinin əhatəsi baxımından son göstəriciləri: ölkə ərazisi üzrə 94,25%, ölkə əhalisi üzrə isə 98,73% təşkil edir. Bütün bunlarla yanaşı, Azercell yaxın zamanda Bakı və Abşeronda internet tutumunu və sürətini daha 30% artırmağı planlaşdırır.
Məlumatda qeyd edilib ki, LTE şəbəkəsinin təkmilləşdirilməsi üzrə görülən işlər Azercell-in təqdim etdiyi xidmətlərin keyfiyyətinə, mobil internetin sürətinə də güclü təsir göstərib. Hazırda Bakı şəhərində ən yüksək sürətli LTE şəbəkəsi də məhz şirkətə aiddir. Bunu paytaxtda aparılan sürət testləri (Drive Test) dəfələrlə sübut edib. Son 3 il ərzində Azercell-in şəbəkəsi üzərindən endirmə sürəti 2.5 dəfə artıb. Belə ki, 2018-ci ildə Bakı və Abşeron yarımadası üzrə orta sürət bu sürət 19 Mbit/s təşkil edirdisə, ötən il 41 Mbit/s, bu il isə 51 Mbit/s olub. Lakin Azercell yalnız paytaxtda deyil, bütün ölkə üzrə abunəçilərini sürətli və keyfiyyətli mobil internetlə təmin edir. Hazırda Azercell-in LTE şəbəkəsi ilə 240 Mbit/s qədər endirmə (download), 95 Mbit/s qədər isə yükləmə (upload) sürəti əldə etmək mümkündür. Son 1 il ərzində Azercell şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminin də 1.7 dəfə artdığını xüsusilə qeyd etmək lazımdır. Mühüm göstəricilərdən biri də şəbəkə üzrə ötürülən ümumi data trafikin təxminən 71%-nin məhz LTE texnologiyası üzərindən daşınmasıdır. Bu da o deməkdir ki, bu sürətlə Ultra HD 4K keyfiyyətli videonu onlayn şəkildə heç bir kəsinti olmadan rahatlıqla izləmək mümkündür.
Mobil operator mütəmadi olaraq ölkə üzrə radio baza stansiyalara LTE texnologiyasını əlavə etməklə onların işini təkmilləşdirir, həmçinin öz şəbəkəsini daha keyfiyyətli, daha çox tutuma malik yeni texnologiyaların tətbiqinə hazırlayır. Bu məqsədlə təkcə 2021-ci ildə mövcud 50 radio baza stansiyaya LTE texnologiyası əlavə olunub, 246 sayda stansiyada təkmilləşdirmə işləri aparılıb, 150 stansiyanın isə ümumi internet tutumu artırılıb. 2021-ci ilin yanvar ayından bu günə kimi LTE texnologiyası üzərindən çalışan 76 ədəd yeni radio baza stansiya quraşdırılıb. Hazırda şirkət ölkə ərazisindəki ümumi olaraq 2846 stansiyası ilə abunəçilərini müasir və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edir.
Azercell işğaldan azad olunmuş ərazilərimizdə də mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. İndi işğaldan azad olunmuş torpaqlarımızda Azercell şirkətinə məxsus 65-dən artıq radio baza stansiyası fəaliyyətdədir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq Azercell şəbəkəsi ilə əhatə olunub.
“Azercell Telekom”-un Bakı metropolitenində apardığı tədbirlər nəticəsində artıq metro sərnişinləri qatarın hərəkətdə olduğu zaman da internetsiz qalmırlar. İndiyədək Bakı metropoliteninin mövcud 24 stansiyası və 23 tunelində LTE-Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib. Yaxın zamanda Bakı metropoliteninin artıq bütün tunelləri Azercell LTE şəbəkəsi ilə əhatə ediləcək.
Xatırladaq ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları göstərir ki, bir çox keyfiyyət göstəricilərinə görə Azercell dünya üzrə yüksək nəticə göstərərək “Best in class” kateqoriyasına daxil olub.
“Azercell Telekom” MMC-nin əsas prioritet istiqamətlərindən biri abunəçilərini hər zaman keyfiyyətli mobil rabitə ilə təmin etməkdən ibarət olub. Azercell LTE şəbəkəsini təkmilləşdirməklə abunəçilərinə daim onlayn olmaq, böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləmək, bu faylları daha tez yükləyib ötürmək, kəsintisiz səsli zənglər etmək imkanını yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
12 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
13 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib






















