Ən yuxarı (mobil)_30

"Bazarın potensialı hətta 100 milyon manatı keçə bilər" - MÜSAHİBƏ

Niyaz İsmayılov: "İcbari həyat sığortası üzrə ümumi bazar potensialı 62 milyon manat görünür və demək olar ki, potensial bazarın 90%-i artıq sığortalanıb. Nəticəni çox yaxşı hesab etmək olar. “Ağarma işləri”, əmək müqavilələrinin sayının artırılması, əmək haqqı fondunun artırılması və o cümlədən qeyri-neft sektorunun inkişafı həyat sığortası bazarına öz müsbət təsirini göstərməkdədir. Nəticədə də düşünürəm ki, gələcəkdə icbari sığorta növü üzrə bazarın potensialı hətta 100 milyon manatı keçə bilər".
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bazarın potensialı hətta 100 milyon manatı keçə bilər" - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyasının dövri olaraq yayımlanan bülleteninin ənənəvi “Sığortalı müsahib” rubrikasında bu dəfəki həmsöhbət “PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov olun. Həyat sığortası seqmenti ilə bağlı maraqlı məqamlara aydınlıq gətirən müsahibəni təqdim edirik:

- Son dövr üzrə açıqlanan icmal göstəricilərinə əsasən yerli həyat sığortası bazarının mövcud vəziyyətini, potensialını və inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?

- Məlumatı olmayanlar üçün bildirim ki, həyat sığortası şirkətləri əsasən 2 məhsulunu müştərilərə təqdim etməkdədir. Hazırda “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası” və “Yığım tərkibli yaşam sığortası” məhsulları biznesin əsasını təşkil edir.

Diqqətinizə çatdırım ki, icbari sığorta üzrə ümumi bazar potensialı 62 milyon manat görünür və demək olar ki, potensial bazarın 90%-i artıq sığortalanıb. Nəticəni çox yaxşı hesab etmək olar.

Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyinin əməyini vurğulamaq istərdim. Belə ki, “Ağarma işləri”, əmək müqavilələrinin sayının artırılması, əmək haqqı fondunun artırılması və o cümlədən qeyri-neft sektorunun inkişafı həyat sığortası bazarına öz müsbət təsirini göstərməkdədir. Nəticədə də düşünürəm ki, gələcəkdə icbari sığorta növü üzrə bazarın potensialı hətta 100 milyon manatı keçə bilər.

Yaşam sığortası üzrə isə əksinə penetrasiya elə də yüksək səviyyədə deyil. Hazırda təxmini 2-3% təşkil edir. Gördüyünüz kimi bu yöndə bazarda çox böyük potensial var. Yaşam sığortası məhsulu üzrə keçən ilin ilk 6 ayı ilə müqayisədə portfelimizdə 26% artım müşahidə edirik.

Qeyd edim ki,  əsas olan “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası” və “Yığım tərkibli yaşam sığortası” məhsulları dövlət dəstəyi olan məhsullardır. Bu iki əsas məhsuldan savayı digər məhsullar da işlənilməlidir. PAŞA Həyat-da aparılan işlər nəticəsində digər könüllü (dövlət dəstəyi olmayan) həyat sığortası məhsulları işıq üzü görüb və görəcək. Artıq könüllü növlər üzrə biz 2021-ci ilin ilk 7 ayında 23 mln. manat sığorta haqqı əldə etməyə müvəffəq olmuşuq.

- Dünyada və ölkəmizdə bu gün də davam edən COVID-19 pandemiyası və ölkədə müxtəlif dövrlərdə tətbiq edilən sərtləşdirilmiş karantin qaydaları həyat sığortası bazarına hansı şəkildə təsir etmiş oldu? Və həyat sığortası bazarı real neqativ təsirə adekvat olaraq əks-təsir reaksiyası göstərə bildimi?

- Mən deyərdim ki, pandemiya bütün dünya iqtisadiyyatlarına təsir etmişdisə, əlbəttə, nəticə etibarı ilə bizim həyat sığortası bazarına da zərbə vurdu. Bunu biz ilk olaraq yığımların ümumi azalması tendensiyasından müşahidə edə bilərik. Digər tərəfdən, ümumi iqtisadi inkişafın ləngiməsi mütləq maliyyə sektorunda öz əksini tapır. Qeyd edim ki, Azərbaycan dövləti bu bəlanın törədə biləcəyi mənfi təsiri maksimum səviyyədə minimallaşdırdı və hazırda demək olar ki, bütün sahələr normal fəaliyyətə qayıdıb. Məncə bununla göstərilən əks-təsirin effekti göz qabağındadır.

Dünya miqyaslı bu fəlakət baş verdikdə biz müxtəlif vasitələrdən istifadə etməyə başladıq. PAŞA Həyat olaraq biz ilk olaraq çıxış yolunu proseslərimizi sürətləndirməkdə, yəni rəqəmsal həllərdə görürdük. Müştərilər üçün Şəxsi kabineti yenilədik və istifadəyə verdik, satıcılar üçün “onboarding” (onlayn müştəri müraciəti tətbiqi) sistemini formalaşdırdıq, hər bir vəziyyətə həm şirkətdaxili, həm də xarici adaptiv reaksiyalar göstərməyə üstünlük verdik, müştərilərə əlçatan olmaq üçün bir çox xidmətlərin onlayn formada təqdim olunması və digər proseslər üzərində çalışdıq. Bu proses indi də dayanmayıb və şirkətimizin əsas fəaliyyəti-amalı müştərilərimizə yaxın olmaqla yanaşı, keyfiyyətli və sürətli xidmət təklif etməkdir.

İndiki halda biz artıq planlaşdırılan yığımdan üstün yığım əldə etməyə müvəffəq olmuşuq.

- Qlobal həyat sığortası sektorunda cərəyan edən proseslərə, tətbiq edilən yeni trendlərə yerli həyat sığortası bazarının reaksiyasını necə qiymətləndirirsiniz? Yerli bazar həyat sığortası seqmenti üzrə müşahidə olunan beynəlxalq tendensiyalara nə dərəcədə uyğunlaşa bilir?

- Hazırda annuitet, şəxsi pensiya fondları və investisiya məhsulları dünyanın bir çox ölkəsində həyat sığortaçıları tərəfindən təqdim olunur.

İqtisadi islahatlar aparıldıqca paralel olaraq bazar inkişaf edəcək və cəmiyyətin davranışı dəyişəcək. Trend də məhz onu göstərir ki, bir çox hallarda dünya praktikasında fond bazarı inkişaf etdikcə investisiya yönümlü məhsullar şirkətlər tərəfindən daha çox təqdim olunur. Artıq davranış dəyişdikcə şirkətimizin investisiya yönümlü məhsulları daha çox cəlbedici olacaq. Məlumatınız üçün qeyd edim ki, investisiya yönümlü məhsullar üzrə hazırda xüsusi analizlər aparılır və müxtəlif müştəri qruplarına bu məhsullar tərəfimizdən təklif olunur. 2022-ci ilin sonuna biz investisiya yönümlü məhsullardan 50 milyon manata yaxın yığım əldə edəcəyimizi düşünürük.

Digər tərəfdən, dünya tendensiyalarına uyğunlaşmaq üçün məsuliyyət məhz yerli şirkətlərin üzərinə düşür. Hər bir sığorta şirkəti həm insan resurslarına investisiya yatırmalı, innovativ mühit formalaşdırmalı rəqamsal sistemləri və Data Analitika yanaşmasını inkişaf etdirməlidir. Artıq o dövrdəyik ki, müştərilərimiz də rəqəmsal həllər üzərindən bizimlə əlaqə qurmağa üstünlük verir. Xidmətlərin rəqəmsal formada olması üçün böyük dəyişikliklər görülməli, rəhbər işçilərin məsələlərə baxışı dəyişməlidir. Bütün bunların ayrı-ayrılıqda bazarın hər bir iştirakçısı tərəfindən tətbiq olunması vacibdir.

Vacib məsələlərdən biri də Risk menecment sisteminin qurulmasıdır. Yerli sığortaçılar risklərin idarəedilməsində əsasən Anderaytinq və Rezervlərin hesablanmasından istifadə edirlər. Əslində bu səhv yanaşmadır. Risk menecment çox geniş anlamdır. Geniş baxdıqda Əməliyyat riskləri, Kredit və Bazar riskləri, Sığorta riskləri də tətbiq olunmalıdır. Sığorta bazarında demək olar ki, belə struktur yoxdur. Qlobal şirkətlər artıq “MHBS 17” standartına keçirlər ki, bu da mühasibat sistemində köklü dəyişikliyə səbəb olacağı mənasına gəlir. “Solvency 2” standartlarının paralel tətbiqi risk menecmentin daha da təkmilləşdirilməsinin vacibliyini artırır. Bu iki standartın tətbiqi ilə sığorta şirkətləri stres vəziyyətlərini ölçməli, nəticələri biznes qərarları verərkən istifadə etməli və müştəri portfellərini ədalətli dəyər anlayışı ilə qiymətləndirməlidirlər. Sığorta şirkətləri üçün çətin sınaq olsa da, müştərilər üçün şirkətlərin maliyyə sağlamlığını, kapitallarının kifayətliliyini ölçə bilmək üçün effektiv alətlərdir.

Yuxarıda sadaladığım bütün istiqamətlərin hamısı normal qurulmalı və işlək olmalıdır ki, beynəlxalq tendensiyalara uyğunlaşa bilək.

- Uzun illərin həyat sığortaçısı kimi necə düşünürsünüz, həyat sığortası bazarımızın növbəti mərhələ üzrə prioritetləri nədən ibarətdir?

- Biz daim klassik sxemlə çalışırdıq. Lakin son illərin çağırışı dəyişib. Biz buna uyğunlaşmağa çalışmalıyıq.

Əsas məhsullar üzrə mən ümumən artım gözləyirəm. Bizim səylərimiz bu istiqamətdə davam edir və yaxın illərdə əsas məhsul kimi də qalacaqlar. Lakin vurğuladığım kimi dövlət dəstəyi olan məhsullardan asılılığımızı maksimum azaltmaq istərdik və bu istiqamətdə çalışırıq.

Rəqəmsallaşma və bir daha rəqəmsallaşma hər bir şirkətin növbəti və hazırkı dövrü üçün bazarda şüarı olmalıdır.

Hazırda məhz müştərinin istəklərinə cavab verən məhsullar yaradılmalıdır. Bunun üçün “Agile” metodologiya tətbiq olunmalı, güclü İT komanda formalaşmalı, Data analitika üzrə ciddi işlər aparılmalıdır.

Pontensialı olan bazarda iri addımlar atmaq üçün birinci silah məhz öncə qeyd etdiyim yeni yanaşmalardır. Hər bir maliyyə şirkəti bunu anlamalı və lazımi tədbirlər görməlidir.

PAŞA Həyat şirkətinin 2021-2023 strateji dövrü bütün sözügedən yanaşmaları əhatə edir.

Niyaz İsmayılov PAŞA Həyat Sığorta həyat sığorta
01.11.2021 15:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ