3 dəqiqə ərzində qoşul və satışdan ödənişləri qəbul etməyə başla!
E-point.az portaldakı qeydiyyat prosesi 3 dəqiqədən çox çəkmir, daha sonra istifadəçi məhsul və xidmətlərinə görə istənilən bank kartlarından ödənişləri qəbul edərək satışa başlaya bilər.(®) Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının son hesabatına əsasən, pandemiya dünya miqyasında internet satışların artmasına əhəmiyyətli dərəcədə təsir edərək elektron ticarətin əsl katalizatoruna çevrildi. Bu gün bir çox şirkətlər onlayn satış üçün öz platformalarını yaratmağa çalışırlar. Yeni E-point.az ödəniş platformasının təsisçiləri qarşılarına - Azərbaycanda hər bir sahibkar üçün istifadəsi mümkün ola biləcək e-ticarətin yaradılması kimi bir hədəf qoymuşdular. Artıq hər bir sahibkar E-point.az-da qeydiyyatdan keçərək, mallarını və xidmətlərini özünün onlayn platforması vasitəsilə satmağa başlaya bilər.
Uğura aparan addım
Azərbaycanda elektron ticarət sahəsində yeni innovativ layihə – E-point.az ödəniş platforması təqdim olunub. Layihə, Visa beynəlxalq ödənış şirkəti və BDO beynəlxalq audit şirkəti ilə əməkdaşlıqda “Global Innovations” şirkəti tərəfindən həyata keçirilmişdir.
Yeni platforma sayəsində sahibkar və ya hüquqi şəxs, evdən və ya ofisdən çıxmadan satışlarını elektron ticarət sisteminə qoşaraq satış bazarını genişləndirə bilər. Portaldakı qeydiyyat prosesi 3 dəqiqədən çox çəkmir, daha sonra istifadəçi məhsul və xidmətlərinə görə istənilən bank kartlarından ödənişləri qəbul edərək satışa başlaya bilər. Satıcılar alınan vəsaitləri Azərbaycan banklarında açılan biznes kartlarına köçürə biləcəklər.
E-point.az onlayn platforması, sahibkarların satışlarını artırmaq və optimallaşdırmaq üçün hazırlanmışdır. Hər bir sahibkar üçün onlayn satışların aparılması, müştərilərin təhlili və satış üzrə ətraflı hesabatların təqdim edilməsi üçün geniş elektron alətlər hazırlanıb.
Tərtibatçılar platforma vasitəsi ilə daxili bazarda elektron ticarət payınının daha da artacağına və milli məhsulların xarici bazarlara çıxmasına təkan verəcəyinə əmindirlər. Azərbaycanda 2018-2020-ci illər üçün Rəqamsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində, elektron ödənişlərin inkişafı üçün əlverişli mühit yaradılmışdır. Mərkəzi Bankın bəyənatlarına əsasən, 2020-ci ildə kartlar ilə nağdsız ödənişlərin həcmi tarixi bir maksimuma çatmışdır (6,4 mlrd. manat).
Hamısı birdən
E-point.az layihəsi Azərbaycanda kiçik və orta biznesin inkişafına dəstək verməklə yanaşı, həm istehlakçıların, həm də məhsullarını və xidmətlərini təklif edən sahibkarların rəqəmsal transformasiyasını sürətləndirməyə yönəlib.
Eyni zamanda, sahibkarlar aşağıda göstərilən bir sıra üstünlüklər əldə edirlər:
- Elektron qeydiyyat və elektron ticarətin 3 dəqiqə ərzində qoşulması
- Pulsuz və avtomatik biznes səhifənin yaradılması
- Yerli və xarici bank kartları ilə təhlükəsiz ödənişlərin qəbul edilməsi
- Yaddaşda saxlanılan kartlarla təkrarlanan ödənişlərin edilməsi
- İstənilən bankın biznes kartlarının yadda saxlanılması və toplanan vəsaitlərin 24/7 köçürülməsi
- Ödənişlərin qəbul olunması üçün vacib olan məlumatların hər müştəriyə uyğunlaşdırılması
- Digər sayt və resurslarda ödəniş vidjetlərin yerləşdirilməsi üçün təqdim olunması
- Referal proqram
- Digər platformaların və mobil əlavələrin qoşulması üçün API sənədlərin təqdim olunması
- Elektron hesabat, satış və müştərilər üzrə ətraflı statistika, məlumatları yükləmək və onlarla işləmək imkanı
- Satıcılar və alıcılar üçün elektron bildirişlər
- Elektron hesab-fakturalar
- Platforma azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərir və ən geniş alıcı auditoriyası üçün əlçatandır
Həmçinin, Global Innovations, Visa və BDO şirkətləri arasındakı əməkdaşlıq çərçivəsində sahibkarlara aşağıdakı imkanlar təqdim olunur:
- Platformaya pulsuz qoşulma
- İstənilən bankın Visa Business və Visa Platinum Business kartlarını pulsuz əldə etmək
- Qoşulmanın ilk ayı bütün onlayn satışlarda 0% bank komissiyası
Təhlükəsizlik hər şeydən öncədir
“Global Innovations” şirkəti orta və kiçik biznes sahibkarlarını dəstəkləmək və həmçinin xidmətlərini rəqəmsallaşdırmaq üçün məhsulun texniki və biznes imkanlarını genişləndirəcək.
Alıcılar tərəfindən onlayn ödəmə xidmətləri, eləcə də satıcıların bank hesablarına edilən ödənişlər, PAŞA Bank-ın B2B ekvayer hostu vasitəsi ilə həyata keçirilir. Epoint.az təhlükəsiz API ilə İstənilən veb və mobil platformasına qoşulma imkanını təqdim edir.
Ölkədə nağdsız ödənişlərin artırılması proqramı çərçivəsində, Visa beynəlxalq ödənış şirkəti və BDO beynəlxalq audit şirkəti layihəni dəstəkləyərək, sahibkarların elektron ticarət platformasına qoşulması üçün əlverişli imkanlar yaratdılar.
Platformanın və ödənişlərin təhlükəsizliyi 3D Secure təhlükəsizlik standartlarına (Visa Secure və MasterCard SecureCode) və EV SSL (GeoTrust) sertifikatlarına uyğun olaraq təmin edilir.
Azərbaycanda texnoloji həllərin hazırlanması və təmin edilməsi sahəsində çalışan Global Innovations şirkəti, bununla kifayətlənmək fikrində deyil. Azərbaycanda kiçik və orta biznesi dəstəkləmək üçün əlavə innovativ alətlər hazırlanaraq, Epoint.az platformasının imkanlarını genişləndirmək planlaşdırılır.
“Global İnnovations” MMC şirkəti, İqtisadiyyat Nazirliyi tərəfindən “Statrup Setifikatı”nı alan və növbəti 3 il ərzində gəlir vergisindən azad edilən Azərbaycanın ilk fintex şirkətidir.
Rəsmi sayt: https://epoint.az/
E-mail: - [email protected]
Əlaqə nömrəsi: 070 242 99 66
Facebook- https://www.facebook.com/epoint.az
Instagram- https://www.instagram.com/epoint.az/

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
39 d. əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
12 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
13 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
















