"Optimal Elektronika"nın 2-ci tranş istiqrazları hərraca çıxarılır - İLLİK 12% GƏLİR TƏKLİFİ
6 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Optimal Elektronika" MMC-nin ümumi dəyəri 2 milyon 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, 9 dekabr 2021-ci il tarixində "Optimal Elektronika" MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların faiz dərəcəsi 12%, kupon faizlərinin ödəniş müddəti hər altı aydan birdir.
Xəbər verdiyimiz kimi, "Optimal Elektronika" MMC 5 milyon manatlıq istiqraz buraxıb. Emissiya hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd istiqrazdan ibarətdir. İstiqrazların hər biri 2,5 milyon manatlıq olmaqla iki tranşda yerləşdirilməsi nəzərdə tutulub. İlk tranşın yerləşdirilməsi üzrə hərrac 23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
31 d. əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
54 d. əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Kürdəmirdə “Bazarstore” açılır
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb




















