"Azərbaycan azad edilmiş ərazilərdə qanunsuz fəaliyyət göstərən hər bir şirkətə qarşı iddia qaldırmağa hazırlaşır"
“Hazırda danışdığımız bütün məsələlər dövlətlərarası məsələlərdir”.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.
Nazir müavini bildirib ki, eyni zamanda buna paralel olaraq işğal dövründə həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər olub: “Bunlar dövlətlərarası şikayətlərə aid deyil. Ona görə də həmin ərazilərdə konkret şirkətlərin apardığı qanunsuz şirkətlərlə bağlı araşdırmalar aparılır. Bu şikayətlər həmin şirkətlərin aktivlərə qarşı olacaq. Hər bir konkret halda belə şirkətlər müəyyən edilərək, onların fəaliyyət göstərdiyi şirkətlərin yurisdiksiyası konkretləşdirilərək buna qarşı addımlar atılacaq. Çünki bu qərarlar kağız üzərində qalmamalıdır. Buna görə də həmin şirkətlərin müəyyən edilməsi üçün konkret işlər aparılır”.
Gələn il Ermənistana qarşı daha iki məsələ üzrə iddia qaldırılacaq
“Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə Azərbaycan şikayətlər qaldıracaq. Hansı ki, həmin konvensiyalarda şikayət etmə prosedurları bir-birindən fərqlənəcək”.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.
Nazir müavini bildirib ki, artıq Azərbaycan gələn il iki konkret istiqamət üzrə şikayət verəcək: “Bunlardan biri ətraf mühitə vurulmuş ziyanın miqyası ilə bağlı olacaq. Və təbii ki, mövcud bəzi konvensiyalar çərçivəsində həmin ərazilərdə ətraf mühitə vurulmuş ziyanla bağlı məsələnin qaldırması planlaşdırılır. Digər məsələ enerji resursları ilə bağlı olacaq. İşğaldan azad edilmiş ərazilərdə enerji resurslarından Ermənistanın qanunsuz istifadə etməsi və istismar faktları toplanır və bununla bağlı iddia qaldırılmasına hazırlaşırıq”.
“Ermənistan BMT məhkəməsinin qərarlarını icra etməsə, çox ciddi təzyiqlə üzləşəcək”
“BMT-nin 1993-cü ildə qəbul etdiyi məlum qətnamələr 30 il kağız üzərində qalıb”.
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.
Nazir müavini bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin əsas vəzifəsi qərarlar icra edilmədikdə onu BMT təhlükəsizlik Şurasının diqqətinə çatdırmaqdır: “Dövlətlər üzərində həmin qərarların icrası ilə bağlı çox ciddi təzyiq olur. Beynəlxalq Ədalət məhkəməsində verilən qərarlarla bağlı 3 hakimdən ibarət komitə yaradılıb. Qərarlar icra edilmədiyi təqdirdə bu məsələyə baxılacaq. Dünən biz yaydığımız bəyanatda Ermənistanı məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırmışıq. Söhbət burada Ermənistanda uşaqların türklərə, azərbaycanlılara qarşı nifrət hissi ilə böyüdülməsidir. Bu gələcəklə bağlı məsələdir. Ona görə də bunun qarşısı alınmalıdır”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 14 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























