Tovuzlu fermerə bir inəyə görə 5360 manat sığorta haqqı ödənildi
Tovuz rayonunun Alakol kəndində fermer Ədalət Əsgərova məxsus heyvandarlıq təsərrüfatına dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanıb.
Fermer bir neçə ay əvvəl təsərrüfatındakı südlük cins inəkləri aqrar sığorta vasitəsilə 3 il müddətinə sığortalayıb. Aqrar sığorta qaydalarına əsasən fermer hesablanmış sığorta haqqının yalnız 50 faizini ödəyib, qalan 50 faizini isə dövlət ödəyib.
Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov bildirib ki, bir neçə gün əvvəl baş verən hadisə nəticəsində təsərrüfatdakı sığortalanmış heyvanlardan birində xəstəlik aşkar edilib. Aqrar Sığorta Fonduna müraciətdən sonra müstəqil aqrar sığorta ekspertləri dərhal təsərrüfata gələrək heyvana baxış keçiriblər və onun məcburi kəsimə verilməsi qərara alınıb.
İnəyin qiyməti 5955 manat olduğundan 10 faiz azadolma məbləği çıxılaraq, 5360 manat fermerin bank hesabına köçürülüb.
Tələf olan inəyə görə sığorta ödənişi alan təsərrüfatın sahibi Ədalət Əsgərov aqrar sığorta mexanizminin işindən razılığını bildirib: “İnəklərimizi bir neçə ay əvvəl sığorta etmişdik, həmin vaxt da bizə dövlətin dəstəyi edilmişdi, sığorta haqqının yarısını dövlət ödəmişdi. Hadisə baş verdikdə qaydalara uyğun olaraq Fonda xəbər verdik və araşdırmalardan sonra bizə ödəniş edildi. Tələf olan heyvanın dəyərinin 90 faizi ödənildi. Aqrar sığortanın fəaliyyətindən çox razıyam və iş adamlarına, təsərrüfat sahiblərinə də bundan faydalanmağı tövsiyə edirəm”.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəkli aqrar sığorta 2020-ci ilin noyabrından fəaliyyətə başlayıb. İndiyədək bütün ölkə ərazisində minlərlə kənd təsərrüfatı heyvanı sığorta edilib. Baş verən sığorta hadisələrinə görə isə 105 min manatdan artıq ödəniş olunub.
Hazırda aqrar sığorta vasitəsilə südlük inək və camışlar sığortalanır. Yaxın vaxtlardan etibarən isə sığortaya alınan heyvanların siyahısı genişlənəcək, buraya ətlik mal-qara, eləcə də xırdabuynuzlu heyvanlar – keçi və qoyun təsərrüfatları da əlavə olunacaq.
Dövlət dəstəkli olduğuna görə, sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 14 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























