Bank Respublika Avropa Bankından 2 böyük həcmli kredit cəlb etdi
Cəlb olunan vəsaitlərin ümumi həcmi 13.5 milyon dollar təşkil edir!Ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika ölkənin real sektorunun inkişafı üçün xarici investisiyaların cəlb edilməsini uğurla davam etdirir.
Bank Respublikanın yaydığı məlumatda bildirirlir ki, Bank Azərbaycanda aqrar, kiçik və orta biznesin inkişafı üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə 2 iri kredit sazişi imzalayıb.
İlk kredit sazişi AZAFF aqrar layihəsi çərçivəsində bağlanıb və cəlb olunan vəsaitlər kənd təsərrüfatı istehsalçılarının maliyyələşdirilməsinə yönəldiləcək.
İkinci kredit sazişi bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın, həmçinin COVİD-19 pandemiyasından zərər çəkmiş sahibkarların maliyyələşdirilməsi məqsədilə imzalanıb.
Cəlb olunan vəsaitlərin ümumi həcmi 13.5 milyon dollar təşkil edir və hər iki kredit milli valyutada təqdim ediləcək ki, bu da yerli sahibkarlara valyuta risklərindən yan keçməyə imkan verəcək.
Qeyd edək ki, bu, Bankla beynəlxalq maliyyə institutları arasında cari ildə imzalanan ilk böyük saziş deyil. 2021-ci ildə Bank Respublika ilə Hollandiya İnkişaf Bankı (FMO), eləcə də EMF Microfinance Fund Avropa investisiya şirkəti ilə kredit sazişi bağlayıb.
“Avropa Yenidənqurma və İnkişaf Bankından növbəti kreditin cəlb olunması beynəlxalq maliyyə institutları ilə olan səmərəli əməkdaşlığımızın davamıdır və bankımız tərəfindən xüsusi önəm verildiyi ölkənin real sektoruna dəstək strategiyamızın bir hissəsidir. İmzalanmış saziş aparıcı beynəlxalq maliyyə institutları tərəfindən bankımıza olan etibarlılığın və yüksək etimadın növbəti təsdiqidir”, – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariel İsmayılov vurğulayıb.
“Çox şadam ki, AYİB-in Bank Respublika ilə əməkdaşlığı möhkəmləndikcə Azərbaycan müəssisələri maliyyələşdirməyə çıxış imkanlarını artıra bilər. Hədəfimiz şirkətin böyüməsini, məhsuldarlığını və məşğulluğunu artırmaq məqsədilə bank kreditlərini inkişaf etdirməkdir", - deyə qurumun Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen bildirib.
Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























