Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gəncə Yaşayış Kompleksində güzəştli mənzillər nümayiş olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncə Yaşayış Kompleksində güzəştli mənzillər nümayiş olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə Kompleksin ərazisində görüş təşkil olunmuşdur.

Tədbirdə 23 dekabr 2021-ci il tarixində Gəncə Yaşayış Kompleksində satışa çıxarılacaq güzəştli mənzillər nümayiş etdirilərək, istifadə olunan inşaat materialları və təmir növləri haqqında ətraflı məlumat verilmişdir.

Agentliyin nümayəndəsi qeyd etdi ki, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində inşa olunmuş yaşayış kompleksi 12 ədəd doqquzmərtəbəli və 6 ədəd onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Kompleksdə ümumilikdə 986 mənzil var. Yaşayış binaları ilə yanaşı Kompleksdə 125 yerlik uşaq bağçası, 1176 şagird yerlik orta təhsil məktəbi inşa edilmişdir.

23 dekabr 2021-ci il tarixində Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin satışına başlanılacaq və 30 dekabr 2021-ci il tarixinədək davam edəcəkdir. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 27 dekabr 2021-ci il tarixində başlayacaq və 30 dekabr 2021-ci il tarixinədək davam edəcəkdir. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Məlumat verildi ki, Gəncə şəhərində güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu https://gence.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilmişdir. İnternet səhifə hər kəs üçün Gəncə şəhərində güzəştli mənzillər barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir.

Tədbirdə iştirak edən şəxslər belə görüşün keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdilər və layihədə gələcək sakinlərin rahat və sağlam yaşayışı üçün bütün zəruri şəraitin yaradıldığını vurğuladılar.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən “Güzəştli mənzil” sistemində elektron kabineti olan vətəndaşlar Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “TuranBank” ASC, “PAŞA Bank” ASC, "Rabitəbank" ASC və “Günay Bank” ASC-nin təqdim etdiyi güzəştli ipoteka kreditindən yararlana bilərlər.

Vətəndaşların rahatlığını təmin etmək məqsədilə, bu kredit təşkilatlarının müvafiq filiallarında güzəştli ipoteka kreditinin əldə edilməsi ilə bağlı sualların cavablandırılması işi həyata keçirilir. Güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar bu siyahıda göstərilən ünvanlardan birinə yaxınlaşaraq və ya əlaqə nömrələrinə zəng edərək mövzu ilə bağlı suallara cavab tapa bilərlər.

Gəncə-Yaşayış-Kompleksi mənzillər mida
17.12.2021 12:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ