Ərdoğandan TÜSİAD-a cavab – İŞ ADAMLARI PREZİDENTƏ QARŞI; VƏZİYYƏT GƏRGİNLƏŞİR
İş adamları Ərdoğana qarşı çıxdı, Ərdoğan isə onlara “Ayağa qalxıb hökumətə hücum etmək üçün yollar axtarmayın, bizimlə vuruşa bilməzsiniz” cavabını verib.İş adamları Ərdoğana qarşı çıxdı, Ərdoğan isə onlara “Ayağa qalxıb hökumətə hücum etmək üçün yollar axtarmayın, bizimlə vuruşa bilməzsiniz” cavabını verib.
Türkiyə Sənayeçiləri və İş Adamları Dərnəyi (Türk Sanayicileri ve İş İnsanları Derneği - TÜSİAD) ölkədəki iqtisadi vəziyyət ilə açıqlama yayaraq, “İqtisadiyyat ümumi olaraq qəbul edilmiş qaydalara tez bir zamanda geri qaytarılmalıdır" çağırışını edib.
Marja.az-ın məlumatına görə, TÜSİAD-ın açıqlamasında deyilir:
"Son dövrdə yaşadığımız qeyri-sabitlik nəticəsində məlum oldu ki, sınaqdan keçirilən iqtisadi proqram ilə istənilən nəticəni əldə etmək mümkün deyil.
TÜSİAD olaraq, erkən faiz endirimlərinin, hələ bu iqtisadi çərçivə cızılmadan və proses hələ də davam edərkən qeyri-sabitlik yaradacağına dair fikirlərimizi dəfələrlə həm dövlət qurumları, həm də ictimaiyyət ilə paylaşmışdıq. Bu prosesin (Mərkəzi Bankın faizini aşağı salmasının - red) - Türk Lirəsinin kəskin ucuzlaşması, inflyasiyanın sürətlənməsi, investisiyaların və məşğulluğun azalması və ən əsası ölkənin yoxsullaşması ilə nəticələnən risklərini vurğulamışdıq.
Əslində yeni iqtisadi siyasətlər çərçivəsində atılan addımlardan sonra etibarsızlıq və qeyri-sabitlik mühiti yaranıb. Biz görürük ki, xüsusilə daxili bazarda xarici valyutaya tələb kəskin artıb və bu, bütün mövcud iqtisadi tarazlıqları pozub.
Həyata keçirilən iqtisadi siyasət təkcə iş dünyası üçün deyil, bütün vətəndaşlarımız üçün yeni iqtisadi problemlər yaradır. Uzunmüddətli perspektivdə daha böyük struktur problemlərinə səbəb olması riski artmışdır. Hətta bu mühitdən ən çox faydalanacağı gözlənilən ixracatçılarımız da əziyyət çəkir.
Bütün bunların nəticəsində aydın olur ki, son dövrlərdə iqtisadiyyatda baş vermiş zərər müəyyən edilməli, ilk növbədə bazarın azad fəaliyyət göstərməsi üçün bütün maraqlı tərəflər tərəfindən dəstəklənən ümumi qəbul edilmiş iqtisad elmi qaydalarına qayıtmaq lazımdır”.
ƏRDOĞANDAN TÜSİAD-A CAVAB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TÜSİAD-ın iqtisadi vəziyyət ilə bağlı yaydığı yazılı açıqlamaya cavab verib.
Marja.az xəbər verir ki, Ərdoğan deyib:
"Son 8 ildə yaşadığımız hər hadisənin sonunda iqtisadiyyat həmişə var idi. Biz faizləri aşağı salırıq, məndən başqa heç nə gözləməyin. Bir müsəlman olaraq, nə tələb olunursa, onu etməyə davam edəcəm. Bu hökmdür.
Başqa ölkələr həyata keçirəndə alqışlanan hər addım, Türkiyə cəhd edəndə məntiqsiz hücumla qarşılaşırıq. Varlıları varlı, kasıbları kasıb edən müddəa bizim üçün sıradan bir şey deyil.
Son 19 ildə atdığımız hər addımda qarşımıza qoyulan maneələrin arxasında hansı motiv dayanırsa, bu günlərdə baş verənlərin də səbəbi eynidir. Təbii ki, qiymət artımının insanlarımızın gündəlik həyatında yaratdığı problemləri bilirik. Amma biz terror təşkilatlarına, iğtişaşçılara qarşı durduğumuz kimi onlara da müqavimət göstərəcəyik.
Biz bu ölkəni vətənini bir dollara satanların əlində qoymamışıq və qoymayacağıq.
Ey TÜSİAD və onun övladları, sizin yalnız bir vəzifəniz var: investisiya, məşğulluq və iqtisadi artım. Ayağa qalxıb hökumətə hücum etmək üçün yollar axtarmayın, bizimlə vuruşa bilməzsiniz. Biz sizin cinsinizi və soyunuzu çox yaxşı bilirik. Sizin probleminiz başqadır. “Görəsən, biz bu hakimiyyəti necə devirə bilərik və istismar edəcəyimiz hökuməti hakimiyyətə gətirə bilərik”.
Biz bazarın özünün işləməsi çərçivəsində məzənnənin sabitliyini təmin edəcəyik. İqtisadiyyatda belə bir deyim var, “Dərə öz yatağında axır”.
Türkiyə iqtisadiyyatı indiyə qədər olduğu kimi azad bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq yoluna davam edəcək.
"Bazar ertəsindən etibarən maliyyə aləmində çətinliklər olacaq" - bunu ancaq xəyanət edənlər deyər. Narahat olmayın, bu belə deyil. Biz dik dururuq".
Qeyd edək ki, ötən həftə bir dollar 17 türk lirəsini aşaraq record yeniləyib. Sonra 16,41 lirəyədək geriləyən dollar bugün yenidən bahalaşır. Bakı vaxtı ilə saat 06:19-da Dollar/TL məzənnəsi 2,2% artımla 16,7618 səviyyəsində olub.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 12 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir




























