İcbari tibbi sığorta tariflərinin hesablanması Qaydası təsdiqlənib
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərarla təsdiq edilmiş Qaydaya uyğun “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısını və tariflərini yenidən hesablayaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Qərar 2022-ci il 1 iyun tarixindən qüvvəyə minir.
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydasında aşağıdakı anlayışlardan istifadə olunur:
- aktuar hesablamalar - bu Qaydaya uyğun olaraq aktuari tərəfindən tətbiq edilən iqtisadi-riyazi hesablamalar;
- birbaşa xərclər - tibbi xidmətlər üzrə bilavasitə xidmətin göstərilməsi ilə əlaqədar istifadə olunan əmək və maddi-texniki resurslara çəkilən xərclər;
- dolayı xərclər - tibbi xidmətin göstərilməsi ilə bilavasitə əlaqəli olmayan, lakin tibb müəssisəsinin fəaliyyətini şərtləndirən digər resurslara çəkilən xərclər;
- tibbi sərfiyyat malları - tibbi xidmətin göstərilməsi üçün zəruri olan və birdəfəlik istifadəsi nəzərdə tutulmuş sərfiyyat materialları;
- tibbi xidmətlərin tarifi - tibbi xidmətin göstərilməsinə çəkilən birbaşa və dolayı xərclərdən, habelə tibbi xidmətin göstərilməsi qarşılığında əldə olunan marjadan və qanunla müəyyən edilmiş vergi və icbari ödənişlərdən ibarət olan qiymət;
- marja - Qanuna əsasən icbari tibbi sığortada iştirak etmək hüququna malik olan qeyri-dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri üzrə tibbi xidmətin göstərilməsi qarşılığında əldə olunan mənfəət və ya dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin maddi-texniki bazasının və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nəzərdə tutulan əlavə;
- orta davametmə müddəti - tibbi xidmətin göstərilməsinə orta hesabla sərf olunan zaman intervalı.
Bu Qaydanın məqsədləri üçün nəzərdə tutulan marja tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa əməkhaqqı məsrəflərinin 15 faizi həcmində müəyyənləşdirilir.
İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa xərclərin artımı 30 faizi keçdiyi hallarda müvafiq aktuar hesablamalar aparılmaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində tariflərə yenidən baxılır və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq Nazirlər Kabinetinə təqdim edilir.
Qeyd edilib ki, bu qayda qüvvəyə mindikdən sonra yeni xidmətlər zərfi təsdiq edilənədək bu Qayda əsasında hesablanan tariflə mövcud xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, onlardan aşağı məbləğdə olan tarif əsas götürülür.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 11 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























