Gəncə-Toğanalı yolunun inşasının icra vəziyyəti açıqlanıb - VİDEO
Azərbaycanda əhəmiyyətli yolların inşası, mövcud olanların isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də ölkəmizin turizm potensialı daha da genişləndirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bütün fəsillərdə aktual olan turizm növlərindən biri dağ turizmidir.
Dağ turizmini inkişaf etdirmək və insanların səmərəli istirahətini təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığı ilə bu istiqamətdə avtomobil yolları yenidən qurulub və qurulmaqda davam edir.
Bu tapşırığın icrası ilə əlaqədar olaraq əsaslı şəkildə yenidən qurulan respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Toğanalı (Göygöl-Maralgöl) hissəsidir. Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38 km-lik Gəncə-Toğanalı (Göygöl-Maralgöl) hissəsinin yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 mərhələ üzrə həyata keçirilib. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi yenidən qurulub. 2-ci mərhələ üzrə isə 21.5 km-lik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işləri icra olunub.
Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol əsası və yol geyimi deformasiyaya uğramış, yolda çalalar və çökmələr əmələ gəlmiş, en və uzunluq profilləri pozulmuş, çiyinlər çökmüş və atmosfer yağıntılarından yuyulub. Göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün yolun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılıb.
Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü sökülüb, sökülmüş hissələrdə həmçinin zəruri digər ərazilərdə torpaq işləri görülüb, yeni yol yatağı və yol əsası inşa olunub. Ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Mövcud boruların bəzilərinin özü, bəzilərinin isə başlıqları yararsız olduğu üçün müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü borular quraşdırılıb. Bundan başqa 5 nöqtədə düzbucaqlı su keçidləri inşa olunub, 30 metr uzunluğunda 1 mövcud körpü isə əsaslı şəkildə təmir edilib.
Layihəyə uyğun olaraq sürüşmə ehtimalı olan ərazilərdə və zəruri olan digər yerlərdə istinad divarları bərpa edilib, küvet hissələr, həmçinin hərəkətin təhlükəsizliyi üçün monolit dəmir betondan parapetlər tökülüb.
Tikinti layihəsinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.
AAYDA-nın rəhbərliyinin birbaşa nəzarəti altında, texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri Gəncə-Toğanalı (Göygöl-Maralgöl) yolu boyunca yerləşən yaşayış məntəqələrinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yoldan istifadə edən turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 11 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























