Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın yeni iqtisadi strategiyasının hədəfləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın yeni iqtisadi strategiyasının hədəfləri açıqlandı

“2022-2026-cı illəri əhatə edən strategiya çərçivəsində dərin şaxələnmə və ixrac potensialının tam reallaşdırılması üçün yeni “hə­rəkətverici qüvvələr”in tapılması, özəl və xarici investisiyaların payı­nın artırılması, regionların iş qüv­vəsi və bütün resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi vasitəsilə iqtisadi aktivliyin daha da artırıl­masına nail olunacaq".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, hazırda Baş nazirin rəhbərli­yi ilə yaradılmış 10 alt işçi qrupu tərəfindən milli prioritetlər əsasın­da 2022-2026-cı illəri əhatə edən strategiyanın layihəsi hazırlanaraq təqdim olunub.

Onun sözlərinə görə, strategiya çərçivəsində iq­tisadi artım sürətinin yüksəldilməsi üçün neft gəlirlərindən asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş yüksək əlavə dəyər yaradan artım modelinin formalaş­dırılması nəzərdə tutulur: “Yeni strategiya layihəsi uğurla həyata keçirildiyi təqdirdə, 2022- 2026-cı illərdə ölkədə ÜDM-in orta illik artım tempinin 3,9 %, o cümlədən qeyri-neft sektorun­da 5 % səviyyəsində formalaş­ması, adambaşına düşən nominal ÜDM-in həcminin hazırkı dövrlə müqayisədə 1,3 dəfə artırılması tə­min olunacaqdır.

Mikayıl Cabbarov bildirib ki, bu hədəfər ölkə iqtisadiyyatının sürətli artımı üzrə göstəricilərinə uyğundur: "Qeyd etməliyəm ki, növbəti ilin makroiqtisadi proqnozları və dövlət büdcəsinin parametrləri, faktiki olaraq, yeni strateji döv­rün ilk ilinə uyğun qaydada tərtib edilib. 2022-ci ildə ÜDM-in 3,9 %, qeyri-neft məhsulları üzrə 4 % artımını proqnozlaşdırırıq. Həm­çinin ayrı-ayrı sektorlarda iqtisadi artım gözləntilərimiz vardır. Kənd təsərrüfatında 4 %, qeyri-neft sənayesində 8,7 %, turizm sek­torunda 48,2 %, nəqliyyatda 4,5 %, informasiya və rabitədə 9,5 % kimi bir artım göstəricilərindən söhbət gedir”.

“Azərbaycanda növbəti 5 il tarixi dövr olacaq”

“Növbəti 5 ildə işğaldan azad edilmiş ərazilərin bərpası və ölkəyə reinteqrasiyasında tarixi bir dövr ola­caq”.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən demək olar ki, yaxın gələcəkdə Azərbaycan regional müstəvidə öz lider mövqe­yini qoruyub saxlayacaq.

Nazir vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan ölkəsidir: “Sürətli inkişafa, logistik imkanlara, biznes üçün əlverişli platformaya nail olmaq yolunda dayanmadan irəliləyir. Ölkəmizin artan sosial-iqtisadi gücü regionun ümumi inkişafı üçün də əlverişli zəmin ya­radır. İnnovativ islahatlar, iqtisadi idarəetmə modelinin dövrün tələb­lərinə uyğun yenilənməsi sayəsində artmaqda olan sosial-iqtisadi qüd­rət Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatları­na da müsbət təsir göstərən qlobal layihələrin təşəbbüskarı və təşkilat­çısı olmağa imkan yaradır.

Möhtərəm Prezident İlham Əliye­vin rəhbərliyi ilə həyata keçirilən ye­ni iqtisadi inkişaf strategiyasının real­laşması ölkə iqtisadiyyatının ümumi mənzərəsində və fəaliyyət mühitində böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiy­yət təməlləri üzərində formalaşacaq”.

15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET

“Report”

05.01.2022 15:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ