Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın ən böyük bankının vəziyyəti əladır – MƏNFƏƏTİ ARTIB

Dövlətə məxsus bank ABB ötən il daha da böyüyüb, gəlirləri və xalis mənfəəti artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük bankının vəziyyəti əladır – MƏNFƏƏTİ ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ən böyük bankı olan “ABB” ASC 2021-ci ili 208 milyon 780 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti 2021-ci ildə 2020-ci illə müqayisədə 79 milyon 389 min manat və ya 61,4% artıb. ABB 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə bağlamışdı.

GƏLİRLƏRİ ARTIB

Marja.az ABB-nin 2021-ci il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2021-ci ildə 2020-ci illə müqayisədə 73 milyon 17 min manat və ya 13,7% artaraq 604 milyon 651 min manat manat təşkil edib. 2020-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 531 milyon 634 min manat olmuşdu. ABB-nin 2021-ci il üzrə gəlirlərinin bir hissəsi törəmə təşkilatdan əldə edilmiş dividendlə bağlıdır.

ABB-nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2021-ci ildə 2020-ci illə müqayisədə 1 milyon 799 min manat və ya 0,5% azalaraq 326 milyon 623 min manat təşkil edib. 2020-ci ildə Bankın cəmi əməliyyat xərcləri 328 milyon 422 min manat təşkil etmişdi.

DAHA ÇOX ƏMƏLİYYAT MƏNFƏƏTİ TƏMİN EDİB

Ötən il ABB-nin əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən 278 milyon 28 min manat əməliyyat mənfəəti yaranıb. 2020-ci ildə Bankın əməliyyat mənfəəti 203 milyon 212 min manat təşkil etmişdi. Beləliklə, ABB-nin əməliyyat mənfəəti 2021-ci ildə 2020-ci illə müqayisədə 74 milyon 816 min manat və ya 36,8% artıb.

Ötən il ABB-nin faiz gəlirləri 30 milyon 258 min manat artaraq 436 milyon 502 min manata yüksəlib. Faiz xərcləri isə 17 milyon 674 min manat azalaraq 86 milyon 602 min manata düşüb.

Keçən il ABB-nin qeyri-faiz gəlirləri 42 milyon 759 min manat artaraq 168 milyon 149 min manata yüksəlib, qeyri-faiz xərcləri isə 15 milyon 875 min manat artaraq 240 milyon 21 min manata qalxıb. Göründüyü kimi, əməliyyat mənfəətinin 74 milyon 816 min manat artması faiz və qeyri-faiz gəlirlərinin artmasından, faiz xərclərinin azalmasından qaynaqlanır. Eyni zamanda, qeyri-faiz xərclərinin artması çox yüksək məbləğdə olmayıb.

ABB-nin müştərilərə verilmiş kreditlər üzrə və qiymətli kağızlara investisiyalar üzrə faiz gəlirləri, alınan haqq və kommisiya gəliri, xarici valyuta əməliyyatları üzrə gəlirləri artıb.

EHTİYATLARA AYIRMA AZALIB

2021-ci ildə ABB 278 milyon 28 min manat əməliyyat mənfəətindən 18 milyon 87 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 51 milyon 161 min manat mənfəət vergisi hesablayıb. Nəticədə, Bank 2021-ci ili 208 milyon 780 min manat xalis mənfəətlə bağlayıb.  Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə ABB 203 milyon 212 min manat əməliyyat mənfəətindən 20 milyon 391 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış, 53 milyon 429 min manat mənfəət vergisi ödəmişdi.

AKTİVLƏRİ 11 MİLYARD MANATI ÖTÜB

ABB-nin cəmi aktivləri 2021-ci ildə 2020-ci illə müqayisədə 2 milyard 521 milyon 64 min manat və ya 28,1% artaraq ötən ilin sonunda 11 milyard 483 milyon 857 min manata çatıb.

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR 3 MİLYARD MANATI KEÇİB

ABB-nin cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci ildə 2020-ci illə müqayisədə  490 milyon 347 min manat və ya 18,8% artaraq 3 milyard 99 milyon 447 min manata yüksəlib. O cümlədən, biznes kreditləri 263 milyon 887 min manat artaraq 1 milyard 587 milyon 248 min manata, istehlak kreditləri 178 milyon 683 min manat artaraq 778 milyon 614 min manata, daşınmaz əmlak kreditləri (ipoteka) isə 47 milyon 776 min manat artaraq 733 milyon 585 min manata çatıb.

ABB-nin qiymətli kağızlara investisiyaları 2021-ci ildə 2020-ci illə müqayisədə 95 milyon 540 min manat və ya 7,5% artaraq 1 milyard 363 milyon 516 min manata çatıb.

NAĞD VƏSAİTLƏR KƏSKİN ARTIB

Ötən il ABB-nin nağd pul vəsaitləri və ekvivalentlərinin həcmi 3 milyard 890 milyon 54 min manat və ya 1,5 dəfə artaraq 6 milyard 411 milyon 938 min manata çatıb. Bu artım Bankın Azərbaycan Mərkəzi Bankındakı depozitlərinin müddətinin bitməsi ilə əlaqədar vəsaitin müxbir hesablara keçməsi ilə bağlı olub. Bankdan əldə edilən məlumata əsasən, vəsait yenidən depozitə yerləşdirilib. 2020-ci ilin sonunda ABB-nin banklarda və digər maliyyə institutlarındakı depozitləri 2 milyard 484 milyon 845 min manat təşkil etmişdi.  

DEPOZİTLƏR KƏSKİN ARTIB

ABB-nin depozit portfeli 2021-ci ildə 2020-ci illə müqayisədə 2 milyard 712 milyon 89 min manat və ya 48,9% artaraq 8 milyard 261 milyon 666 min manata çatıb. O cümlədən, hüquqi şəxslərin depozitləri 2 milyard 719 milyon 393 min manat artaraq 6 milyard 978 milyon 691 min manata yüksəlib, fiziki şəxslərin depozitləri isə 7 milyon 304 min manat azalaraq 1 milyard 282 milyon 975 min manata düşüb. Ölkəmizdə dövriyyələrin şəffaflaşması və biznesin aktivləşməsi şirkətlərin hesablarında vəsaitlərin artmasının əsas səbəbləridir.

ABB-nin Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri dəyişməz qalaraq 115 milyon manat təşkil edib. Ötən il ABB-nin borc qiymətli kağızları üzrə öhdəlikləri isə 2,1 dəfə azalaraq 769 miylon 49 min manata geriləyib.

MƏCMU KAPİTALI ARTIB VƏ DAYANIQLIDIR

31 dekabr 2021-ci il tarixində “ABB” ASC 1 milyard 214 milyon 32 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 1 milyard 112 milyon 195 min manat məcmu kapitala malik idi.

dövlət bank abb
21.01.2022 10:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ