Elxan Bəşirov tikinti materialları istehsalındakı çətinliklərdən danışıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Tikinti biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirələr keçirilib.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi və qurumlarının, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının nümayəndələri və tikinti biznesi ilə məşğul olan sahibkarlar iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin tikinti biznesi sahəsində mövcud vəziyyətin və sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin zəngin tikinti xammal ehtiyatlarına malik olmasının, aparılan geniş tikinti-quruculuq işlərinin tikinti sektorunu sahibkarlıq fəaliyyəti üçün cəlbedici etdiyini vurğulayıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə mövcud olan təbii sərvətlər, bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılan işlər tikinti materiallarına olan tələbatı artırmaqla, eyni zamanda sektorun inkişafı üçün yeni imkanlar açmışdır. Bununla belə son 2 ildə pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyan tikinti bazarına da öz mənfi təsirini göstərib. Post pandemiya dövründə tikinti sektoru da prioritet sahələrdən olacaq və dövlət tərəfindən dəstəklənəcəkdir. KOBİA sədri həmçinin sektorun üzləşdiyi çətinliklərin Agentliyin diqqət mərkəzində oluduğunu vurğulayıb, təkcə 2021-ci ildə tikinti məsələləri ilə əlaqədar 200-ə yaxın müraciətin daxil olduğunu, sahə üzrə problemlərin həllində və təkliflərin öyrənilməsində ictimai müzakirələrin önəmini vurğulayıb.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov sektorun inkişafı, bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklər və onların həllində dövlət-özəl əməkdaşlığına dair fikirlərini bölüşüb.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev təmsil etdiyi qurumun fəaliyyəti və sektorun mövcud vəziyyəti barədə məlumat verib.
Tədbirdə sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların çoxsaylı sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 7 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























