“Muğanbank”ın xalis mənfəəti 2 dəfədən çox artıb
“Muğanbank” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Muğanbank” 2021-ci ili 1 milyon 552 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 707 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Muğanbank”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 2,1 dəfə və ya 845 min manat artıb. Xalis mənfəətin artmasının səbəbi gəlirlərin artmasıdır.
2021-ci ildə “Muğanbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 62 milyon 713 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 36,7% (və ya 16 milyon 855 min manat) çoxdur. 2020-ci ildə “Muğanbank”ın cəmi əməliyyat gəlirləri 45 miylon 858 min manat təşkil etmişdi.
2021-ci ildə “Muğanbank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 61 milyon 221 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 30,4% (və ya 14 milyon 635 min manat) çoxdur. 2020-ci ildə “Muğanbank”ın cəmi əməliyyat xərcləri 48 milyon 78 min manat təşkil etmişdi.
Ötən il Bankın gəlirləri xərclərini üstələdiyindən 1 milyon 492 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 60 min manat hesabına mənfəət 1 milyon 552 min manata yüksəlib. Qeyd edək ki, 2020-ci ildə “Muğanbank”ın xərcləri gəlirlərini üstələdiyindən 2 milyon 220 min manat əməliyyat zərəri yaranmışdı. Mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 2 milyon 927 min manatın hesabına həm əməliyyat zərəri bağlanmış, həm də Bankın 707 min manat xalis mənfəəti formalaşmışdı. Beləliklə, “Muğanbank”ın yenidən əməliyyat mənfəəti təmin etməsi ötən ilin əsas uğurlarından biri kimi qeyd oluna bilər.
Ötən il “Muğanbank”ın faiz gəlirləri 595 min manat artaraq 28 milyon 297 min manat, qeyri-faiz gəlirləri isə 16 milyon 259 min manat artaraq 34 milyon 416 min manat təşkil edib.
Ötən il “Muğanbank”ın faiz xərcləri 8 milyon 324 min manat artaraq 28 milyon 106 min manat, qeyri-faiz xərcləri isə 4 milyon 819 min manat artaraq 33 milyon 114 min manat təşkil edib.
Cəmi əməliyyat gəlirlərinin 16 milyon 854 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 13 milyon 143 min manat artıb. Gəlirlərin xərclərdən daha çox artması “Muğanbank”ın əməliyyat mənfəətinə çıxmasına səbəb olub.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
“Muğanbank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 19,9 % və ya 117 milyon 546 min manat artaraq 708 milyon 452 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 590 milyon 906 min manat cəmi aktivlərə malik idi.
“Muğanbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 19,4% və ya 65 milyon 115 min manat artaraq 401 milyon 61 min manata yüksəlib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 335 milyon 946 min manata çatmışdı.
BİZNES KREDİTLƏRİ PORTFELİ 60 MİLYON MANATDAN ÇOX ARTIB
“Muğanbank”ın 2021-ci ildə istehklak kreditləri portfeli 2020-ci illə müqayisədə 7 milyon 932 min manat artaraq 29 milyon 616 min manata, biznes kreditləri portfeli 60 milyon 668 min manat artaraq 263 milyon 870 min manata yüksəlib, daşınmaz əmlak kreditləri (ipoteka) isə 3 milyon 485 min manat azalaraq 107 milyon 562 min manata düşüb.
“Muğanbank”ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 42,4% və ya 118 milyon 170 min manat artaraq 396 milyon 851 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 278 milyon 681 manat cəmi depozitlərə malik idi.
SƏRFƏLİ ŞƏRTLƏRİ ƏHALİNİN BANKA ƏMANƏT QOYULUŞUNUN ARTMASINA SƏBƏB OLUR
2021-ci ildə “Muğanbank”da fiziki şəxslərin (əsasən əhalinin) depozitləri 71 milyon 519 min manat artaraq 280 milyon 818 min manata, hüquqi şəxslərin depozitləri isə 46 milyon 652 min manata artaraq 116 milyon 34 min manata yüksəlib. Qeyd edək ki, “Muğanbank” ən sərfəli (11%) əmanət faizləri təklif edən banklardan biridir.
MƏCMU KAPİTALI 100 MİLYON MANATI AŞIB
31 dekabr 2021-ci il tarixində“Muğanbank” 101 milyon 866 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 91 milyon 697 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
26 d. əvvəl
Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
-
- 11 saat əvvəl
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım























