Bakıya 50 ədəd avtobusu “Xaliq Faiqoğlu” şirkəti gətirib - SABAHDAN İSTİFADƏYƏ VERİLƏCƏKLƏR
“Xaliq Faiqoğlu” şirkəti Bakıya AVRO-6 standartlı CNG avtobusları gətirdi20 ilə yaxındır Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkəti xidmət keyfiyyətinin daha da artırılması, sərnişin məmnuniyyətinin yüksəldilməsi məqsədilə müxəlif layihələr icra edir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, bu layihələrin davamı olaraq fevralın 22-də “Xaliq Faiqoğlu” şirkətinin Bakı şəhər Yasamal rayonu ərazisində yeni istehsalat bazasının və müasir AVRO-6 standartlarına cavab verən, ekoloji təmiz CNG yanacaq mühərrikli “OTOKAR KENT LF CNG” markalı avtobusların təqdimatı mərasimi keçirilib.
Tədbirdə çıxış edən şirkətin idarə heyətinin sədri Faiq Seyidov yeni istehsalat bazasının paytaxtın ictimai nəqliyyat infratstrukturunda əhəmiyyətli yer tutacağını bildirib. Burada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsinin mümkünlüyünü, həmçinin onlara texniki xidmətin göstəriləcəyini qeyd edən F.Seyidov istehsalat bazasında “Azpetrol LTD” MMC tərəfindən müasir yanacaqdoldurma məntəqəsinin qurulduğunu əlavə edib.
Həmçinin qeyd edilib ki, “Xaliq Faiqoğlu” şirkəti “PAŞABank” ASC ilə sıx əməkdaşlıq çərçivəsində Türkiyənin qabaqcıl avtobus istehsalçılarından olan “Otokar Savunma Sanayi A.Ş”dən müasir emissiya standartlarına tam cavab verən avtobusların alınması layihəsini icra edir. Layihə çərçivəsində ölkəmizə gətirilməsi nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı “Xaliq Faiqoğlu” şirkətinə təhvil verilmiş, geridə qalan bir neçə gün ərzində onlara müasir ödəniş cihazları quraşdırılmışdır. Sabahdan, yəni 23 fevral tarixindən bu avtobuslar marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcəkdir.
Şirkət rəhbəri bildirib ki, Bakıya gətirilmiş 50 yeni avtobusdan 2 ədədi 18,70 metr olmaqla qoşqulu və 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarında sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq: “Prezident İlham Əliyevin sahibkarlığa göstərdiyi ali qayğı və diqqət bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafına ən böyük dəstəkdir. Daim dövlətimizin dəstəyini yaxından hiss etmişik və bu bizi yeni layihələr həyata keçirməyə ruhlandırıb. Hazırda “PAŞABank”la əməkdaşlıq çərçivəsində həyata keçirdiyimiz layihənin ümumi dəyəri 55 milyon manatdan artıqdır. Xüsusi vurğulamaq istəyirəm ki, bu, bizim son layihəmiz deyil, 20 il əvvəl çıxdığımız bu yola həmişəki həvəs və enerji ilə davam edəcəyik”.
Tədbirdə çıxış edən “PAŞA Bank” ASC-nin baş direktoru və idarə heyətinin sədri Taleh Kazımov, eləcə də “Azpetrol LTD” MMC-nin baş direktoru Ceyhun Məmmədov ictimai nəqliyyat sahəsinin özünəməxsus çətinlikləri olan və çox məsuliyyətli bir fəaliyyət növü olduğunu qeyd ediblər. İş adamları “Xaliq Faiqoğlu” şirkəti ilə əməkdaşlıqdan məmnunluq ifadə ediblər və həyata keçirilən layihələrin uzunömürlü olacağına inandıqlarını bildiriblər.
Təqdimat mərasiminin yekununda istehsalat bazası və yeni alınmış avtobuslara baxış keçirilib
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























