Dəfnəçilik: onu yenidən dirçəltmək mümkündürmü?
Mütəxəssislər nikbindirlərSovet dövründə cənub bölgəsində əhalinin məşğul olduğu və yüksək qazanc əldə etdiyi sahələrdən biri də dəfnəçilik olub. Bu gün isə dəfnə ağacları Lənkəran və Astara rayonlarının bəzi həyətyanı sahələrində yalnız dekorativ bitki kimi yetişdirilir.
Astaralı bioloq Yunus Qulamovla söhbətdən məlum oldu ki, dəfnənin vətəni Aralıq dənizi sahilləri hesab edilir. Bəzi mənbələrdə Türkiyəni də dəfnənin vətəni hesab edənlər var. Əsasən subtropik ərazilərdə yetişdirilən bu həmişəyaşıl ağac sovet dövründə qonşu Gürcüstanda geniş ərazidə əkilmişdi.
Azərbaycanda isə dəfnəçilik 1930-cu illərdən yayılmağa başlayıb. Lənkəran və Astara rayonları ərazisində geniş sahələrdə becərilən dəfnə ağacları gözlənildiyindən də yaxşı nəticə verib. Sonralar bu sahə genişləndirilərək hektarlarla ərazini əhatə edib. Hətta Astara rayonunda dəfnəçilik üzrə ayrıca sovxozda fəaliyyətə başlayıb.
Yunis müəllim deyir ki, o vaxtlar Astaranın Kijəbə qəsəbəsi ərazisində Lenin adına subtropik sovxoz yaradılmışdı. Həmin sovxozun nəzdində dəfnəni əvvəlcə eksperiment kimi yetişdirməyə başladılar. Sonradan gördülər ki, hətta vətənindəkindən də yaxşı nəticə verdi, onu geniş sahələrdə əkdilər, dəfnəçilik briqadası yaratdılar. Sovxozun ərazisində 20-30 hektarlıq dəfnə plantasiyalarında çalışan insanlar onun yarpaqlarını yığıb qurudur və konserv zavoduna təhvil verib pulunu alırdılar.
Yunus Qulamovun sözlərinə görə, dəfnə plantasiyasının 1 hektarından 3,5-4 ton məhsul tədarük etmək mümkündür. Həm də dəfnənin becərilməsinin maya dəyəri olduqca azdır. Əhalinin həyətyanı sahələrində də becərilən bu bitkinin suvarılmasına heç bir ehtiyac yoxdur. Dəfnə ağacı həm quraqlığa, həm də mənfi 20 dərəcə şaxtaya dözümlüdür: “Ağsaqqalların söylədiklərinə görə, həmin vaxtlarda dəfnə yarpaqları kölgəlikdə qurudulurdu və bu halda dövlət tərəfindən yığılırdı. Həmin məqsədlə ayrıca tədarük məntəqələri fəaliyyət göstərirdi, onlar yığırdı və camaatın pullarını yerindəcə verirdilər. Bir kiloqram quru dəfnə yarpağını 5 manatdan, hətta 7-8 manatdan yığırdılar. O dövrdə bu, böyük məbləğ idi. Məsələn, 200 kiloqram məhsul satan 1000-1500 manat pul alırdı”.
Sovet dövründə dəfnə yarpağından daha çox məişətdə, əsasən də balıqçılıq sənayesində, meyvə-tərəvəz konservlərinin istehsalında geniş istifadə olunurdu. O zaman respublikamızda kifayət qədər konserv zavodları fəaliyyət göstərdiyi üçün dəfnə yarpaqlarına da tələbat yüksək idi.
Y.Qulamovun sözlərinə görə, hazırda dünyanın əksər ölkələrində dəfnə yarpağı tibbi və kosmetik şirkətlərə yüksək qazanc gətirir. Belə ki, dəfnə ağaclarının həm yarpaqlarından, həm də toxumlarından geniş istifadə edilir: “Dəfnənin tərkibində olan qiymətli efir yağlarından bədəndəki artıq piylərin əridilməsi, qaraciyərin, üzdəki sızanaqların, ağız boşluğundakı yaraların müalicəsində geniş istifadə olunur”.
Qeyd edək ki, hazırda dünya bazarında bu bitkiyə olan tələbatın 90-95 faizini qardaş Türkiyə ödəyir. Həmsöhbətimiz bioloqun qənaətinə görə, əgər yığım və ixrac məsələsi öz həllini tapsa, qısa müddətdə bu gəlirli sahəni ölkəmizin cənub rayonlarında yenidən dirçəltmək mümkündür.
Ağaddin BABAYEV, Lənkəran
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir




























