Yaradıcı sənayedə biznes imkanları müzakirə edilib
İqtisadiyyat, mədəniyyət, qabaqcıl texnologiya və innovasiyaları özündə birləşdirən yaradıcı və mədəniyyət sənayeləri dünyada dinamik inkişaf edir. Ədəbiyyat, dizayn, musiqi və teatr, memarlıq, moda və təsviri sənət, film, video və foto sənəti, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənaye həm də biznes sahəsidir. Azərbaycanda da bu sahənin inkişafı və biznes imkanları genişdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaydığı məlumatda bildirilir ki, ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması, müvafiq sektorda dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsini müzakirə etmək məqsədilə “Yaradıcı sənayelərdə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub.
Mədəniyyət Nazrliyinin, Əqli Mülkiyyət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında İctimai Şuranın və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin yaradıcı sənaye sahəsində biznes potensialının müzakirə olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin dinlənilməsi və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iqtisadiyyatın bir sahəsi olan yaradıcı sənayenin qlobal miqyasda sürətlə inkişaf edərək prioritet sektorlardan birinə çevrildiyini və bu sahəyə böyük marağın olduğunu bildirib. Qeyd olunub ki, yaradıcı sənayenin inkişafı istiqamətində nazirliyin fəaliyyəti çoxşaxəlidir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə birgə bu sahədə yaxşı təcrübənin və sektorun problemlərinin öyrənilməsi, satış platformalarının yaradılması və digər istiqamətlərdə işlər aparılır.
Tədbirə onlayn formatda qoşulan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov təqdimatında Agentliyin müvafiq sahədə fəaliyyəti barədə məlumat verib, əqli mülkiyyət və kreativlik anlayışlarının sıx təmasda olduğunu, kreativ sənayenin və müəlliflik hüququna əsaslanan sahələrin ÜDM-də payının artdığını diqqətə çatdırıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yaradıcı sənayenin dünyada sürətlə inkişaf edən sektorlardan biri kimi qlobal səviyyədə hər il orta hesabla 2 trilyon ABŞ dollarından artıq gəlir yaratdığını, 30 milyon iş yerini təmin etdiyini qeyd edib. Azərbaycanda da yaradıcı sənayenin inkişafı üçün geniş potensialın olduğunu vurğulayan KOBİA sədri kreativ sahibkarların reyestrinin formalaşdırılmasına, yaradıcı turizm istiqamətinin genişləndirilməsinə, kreativ klasterlərin yaradılmasına, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması üçün onlara lazımi dəstəyin göstərilməsinə, sektorun ixrac potensialının artırılmasına dair təkliflər səsləndirib.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə qeyd edib ki, yaradıcı sənaye sahəsinin üç prinsipial istiqamətdə inkişaf etdirilməsi zəruridir. Bunlar hüquqi, institusional və maliyyə mexanzimlərinin təkmilləşdirilməsi istiqamətləridir. Eyni zamanda yaradıcı sənaye sahəsində hökumət, qeyri-hökumət və özəl sektor arasında əlaqələrin genişləndirilməsi sektorun iqtisadi məzmununun gücləndirilməsinə kömək edəcəkdir.
Tədbirdə yaradıcı sənayenin müasir biznes çağırışları, bu sahədə dövlət-özəl əməkdaşlığının inkişafı, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, effektiv sahəvi təşkilatlanma, sektorun problemləri və inkişafı ilə bağlı digər məsələlər müzakirə edilib, kadrların hazırlanmasına, təlimlərin təşkilinə, sektor üzrə müəyyən güzəştlərin edilməsinə, sərgilərə və reklama dəstəyin göstərilməsinə dair fikir və təkliflər səsləndirilib.
Tədbir çərçivəsində müvafiq qurumların nümayəndələri sahibkarlıq subyektlərini maraqlandıran sualları cavablandırıblar.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir


























