Ən yuxarı (mobil)-2_30

Bu ilki “EY İlin İş Adamı” müsabiqəsinin 9 iştirakçısının adları açıqlandı

"EY Azərbaycan" şirkəti bu ilki “EY İlin İş Adamı” müsabiqəsinin 9 iştirakçısını elan edir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ilki “EY İlin İş Adamı” müsabiqəsinin 9 iştirakçısının adları açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın istənilən yerində əzmli sahibkarlar müasir zamanın ən mürəkkəb məsələlərini həll etməklə yeniliklərə yol açır və minlərlə insanın həyatına müsbət təsir göstərirlər.

Marja xəbər verir ki, "EY Azərbaycan" şirkəti bu ilki “EY İlin İş Adımı” müsabiqəsinə qoşulan 9 sahibkarın adlarını açıqlayıb. 

Qeyd edilib ki, müsabiqənin qalibi, habelə müxtəlif nominasiyalar üzrə qaliblər Bakıda 10 mart tarixində keçiriləcək təntənəli mərasimdə elan ediləcək.

“EY İlin İş Adamı” müsabiqəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Beynəlxalq Bankın (ABB) maliyyə dəstəyi ilə keçirilir. AZPROMO və Ekvita müsabiqənin tərəfdaşları sırasındadır.

ATL Tech

ATL Tech” Azərbaycanda ən iri proqram təminatı şirkətlərindən biridir, həm işçilərin sayına, həm də gəlirlərinə görə. Şirkət əlaqə mərkəzi üçün həllər və ERP (müəssisə resurslarının planlaşdırılması) proqram təminatını müştərilərinə təqdim edir. “ATL Tech”in məqsədi şirkətlərin səmərəli və əlçatan olmasını təmin etməkdir. Gündəlik olaraq “ATL”in proqram təminatı vasitəsilə 30-40 min telefon zəngi işlənir və idarə olunur. “ATL”in Azərbaycan dilində nitqin tanınaraq mətn şəklinə çevrilməsini mümkün edən süni intellekt laboratoriyası mövcuddur. “ATL” öz fəaliyyətini Azərbaycanın kənarlarında da genişləndirir və hazırda qonşu Gürcüstan, Böyük Britaniya və ABŞ-dakı müştərilərə xidmət göstərir. “ATL Tech” proqram təminatının işlənib hazırlanması üzrə regional liderə çevrilməyi planlaşdırır.

ELAD

"ELAD" avtomobil sahəsində 16 ildən artıq təcrübəyə malik nəqliyyat xidmətləri göstərən şirkətidir. "ELAD" avtomobil xidmətləri bazarında məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınır. Şirkət aşağıdakı xidmətləri göstərir: sərnişin daşıma xidməti (shuttle bus service), hava limanından və hava limanına transfer xidməti, qonaqların şəhər daxilində və ölkə daxilində qarşılanması və daşınması, sürücü ilə avtomobil icarəsi, nəqliyyat vasitələrinin evakuasiyası, ofislərin köçürülməsi və sair. Şirkət həmçinin yük daşınma xidmətini də təqdim edir. Hal-hazırda "ELAD" şirkəti müştərilərin nəqliyyat xidmətləri ilə bağlı istənilən problemini həll etməyə imkan verən, müxtəlif kateqoriyalı nəqliyyat vasitələrinə malikdir.

Fortune Trade

"Fortune Trade" sürtkü yağları, filterlər, müxtəlif təyinatlı mayelər və AdBlue məhsulları üzrə bir neçə dünya brendinin Azərbaycanda tədarükçüsü və rəsmi distribüteridir. Sənaye, mühərrik, transmissiya yağları, əyləc mayeləri, antifrizlər, geniş çeşiddə filter seçimi və AdBlue-lar ilə həm korporativ, həm də fərdi müştərilərin tələbatını ödəyir. Bundan əlavə, bu məhsulların online satışı üçün yaradılmış ilk platforma olan "www.oilmarket.az" -ın təsisçisidir. "Fortune Trade" yaxın illərdə Azərbaycanda sürtkü yağları istehsalına başlamağı planlaşdırır və yaratdığı Azərbaycan markasını dünya bazarına tanıdaraq xaricə ixrac etməyi hədəfləyir. Bununla belə, şirkət artıq xaricdə yaranmağa başlayan müştəri portfelini daha da genişləndirməyə planlaşdırır.

IDEA

"IDEA" şirkəti 2003-cü ildən fəaliyyət göstərir və ictimai ərazilər üçün taxta və metaldan kiçik memarlıq formaların istehsalı və onların inşaat layihələrində tətbiqi ilə məşğul olur. İstehsal edilən kiçik memarlıq formalarına açıq məkanlarda istifadə edilən oturacaqlar, dirəklər, köşklər, perqolalar, dayanacaqlar və s. kimi elementlər aiddir. Hazırda şirkətin portfoliosunda artıq 500-dən çox çeşid mövcuddur. Məhsullar yüksək keyfiyyəti və uzunmüddətli zəmanəti ilə fərqlənir və Qətər, BƏƏ, Rusiya, Böyük Britaniya, eləcə də digər ölkələrə ixrac olunur. "IDEA" şirkəti MDB və Yaxın Şərq regionunda bu cür geniş çeşid sprektri təklif edə bilən yeganə şirkətdir. "IDEA"nın məqsədi dünyada öz sahəsində tanınmış brendə çevrilərək Azərbaycanı təmsil etməkdir.

JL Tech

"JL Tech" şirkəti "data" texnologiyaları sahəsində fəaliyyət göstərir. "JL Tech"in köməyi ilə müştərilərilər məlumatları asanlıqla emal edərək onları daha səmərəli istifadə edə bilirlər. Şirkət "Oracle"ın regionda ən iri təchizatçısıdır və onun “Qızıl tərəfdaş” və “İlin tərəfdaşı” statuslarına malikdir. Azərbaycanla yanaşı, "JL Tech" Gürcüstan və Ukraynada nümayəndəlikləri vardır. Bundan əlavə, 2021-ci ilin yanvar ayından etibarən şirkətin nümayəndəliyi Türkiyədə də fəaliyyət göstərir və burada fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

Portmanat

"Portmanat" Azərbaycanın ilk elektron pulqabı sistemidir. "Portmanat"ın əsas məqsədi insanların həyatına dəyər qatmaq və onlayn təcrübəni istifadəçilər üçün asanlaşdırmaqdır. Şirkət müştərilər üçün B2B və B2C həlləri təklif edir. "Portmanat" olduqca qısa müddətdə (təxminən 2 saat ərzində) ödəniş sistemini veb saytlara inteqrasiya etməyə imkan verən ilk platformadır. "Portmanat" müştərilərə qısamüddətli kreditlərin verilməsi xidmətini təqdim edir. "Portmanat Avans" adlı digər məhsul vasitəsilə müxtəlif şirkətlərin işçiləri əmək haqqının müəyyən hissəsini vaxtından əvvəl əldə edə bilərlər. "Portmanat" rəqəmsal banka çevrilməyi və öz ödəniş kartlarını buraxmağı planlaşdırır.

YIĞIM Ödəniş Sistemi

2017-ci ildə təsis edilmiş "YIĞIM Ödəniş Sistemi" şirkətlərə yüksək texnologiyalı ödəniş həlləri təklif edir. Sahibkarlara bir qoşulma ilə qısa zamanda çox saylı ödəmə kanalları üzərindən (Nağd Ödəniş terminalları, Mobile Banking tətbiqləri, elektron pul kisələri) ödənişləri toplamaq imkanı yaradır. Brend eyni zamanda prosessinq xidməti kimi də fəaliyyət göstərir. Şirkətlərə saytlarında və mobil tətbiqlərində bank kartları ilə ödənişlərin qəbulu üçün geniş funksiyalı həllər təklif edir. "YIĞIM Ödəniş Sistemi" kart məlumatlarını yadda saxlamağa və emal etməyə imkan verən "PCI DSS Level 1" sertifikatına malikdir. İstifadə edilən proqram təminatı tam olaraq "YIĞIM" brendinə məxsusdur. Eksklüziv həllər, çeviklik və peşəkar yanaşma 200-dən çox şirkətin nağd və nağdsız ödənişlərini "YIĞIM Ödəniş Sistemi"nə etibar etməsinə səbəb olub. Onların sırasında "Wolt", "Bolt", "Maxim" kimi beynəlxalq şirkətlər, "Absheron Group", "PMD Hospitality" otelləri, "189", "Optimal Electronics", "Music Gallery" kimi tanınmış brendlər mövcuddur. Göstərilən xidmətlər təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə unikal sayıla bilər. Məhz bu səbəbdən şirkətin mövcud müştəriləri fəaliyyət göstərdikləri Gürcüstan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində bu xidmətlərdən yararlanmaq  üçün "YIĞIM"- ı sözügedən ölkələrdə də əməkdaşlıq etməyə dəvət ediblər. 2022-ci ildə şirkətin ən azı iki xarici ölkədə xidmət göstərməsi planlaşdırılır.

Your Decor and Events

"Your Decor and Events" şirkəti 2018-ci ildə təsis edilib. Şirkət müştərilərinə tədbirlərin təşkili və idarə edilməsi, reklam, brendləşdirilmiş məhsullar, VIP hədiyyələr və s. kimi sahələrdə müxtəlif xidmətlər təklif edir. "Your Decor and Events" təkcə Azərbaycanda deyil, həm də Kanada, ABŞ və Avropa ölkələrində tanınır. Şirkət dövlət əhəmiyyətli və bir sıra beynəlxalq tədbirlərin təşkilində iştirak edib. "Your Decor and Events" müştərilərinə tədbirləri düzgün təşkil etməkdə və onların həyata keçirmək istədikləri ideyaları gerçəkləşdirməkdə köməklik göstərir.

ZIRA Natural & Gourmet

"ZIRA Natural & Gourmet" bazarın premium və lüks seqmenlərini təmsil etməklə, mürəbbələr, cemlər, souslar və tərəvəz qəlyanaltıları istehsal edən milli brenddir. "ZIRA"nın əsas konsepsiyası ölkənin zəngin kənd təsərrüfatı və qastronomiya ənənələrini nümayiş etdirən yüksək keyfiyyətli məhsulları istehsal etmək və Azərbaycanı dünya arenasında premium qida sektorunda layiqincə tanıtmaqdır. Məhsullara dair əsas tələb xammalın təbii yolla yetişdirilməsidir. Məhz buna görə, bütün inqrediyentlər kimyəvi maddələr istifadə etməyən kiçik yerli fermerlərdən tədarük edilir. Şirkət öz məhsullarını xarici ölkələrə, əsasən Rusiya, Qazaxıstan, Belarus və Ukraynaya, habelə Azərbaycan məhsulları üçün qeyri-ənənəvi Yaponiya və ABŞ kimi bazarlara ixrac edir. 

EY İlin İş Adamı müsabiqəsi haqqında

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

ATL Tech ELAD Fortune Trade IDEA JL Tech Portmanat YIĞIM Ödəniş Sistemi Your Decor and Events ZIRA Natural & Gourmet
24.02.2022 09:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ