Azərbaycan Banklar Assosiasiyasında yığıncaq keçirilib, ən fəal banklar seçilib- SİYAHI
23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir.
Marja xəbər verir ki, iclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2021-ci il üzrə fəaliyyətinə dair hesabatlarının təsdiqi və digər cari məsələlər daxil olmuşdur.
Bundan əlavə Ümumi yığıncaqda “Bank Ombudsmanın Əsasnaməsi”nə müvafiq dəyişiklik edilmişdir. Belə ki, həmin dəyişikliyə əsasən, Bank Ombudsmanı tərəfindən baxıla biləcək şikayətlər 2 000 (iki min) ABŞ dollarından 10 000 (on min) ABŞ dollarına qaldırılmışdır.
İclasın sonunda 2021-ci il üzrə ABA-ya üzv bankların və o cümlədən ABA-nın nəzdində vəaliyyət göstərən fəal Ekspert Qruplarının mükafatlandırılması keçirilmişdir.
“Bankçılıq Mükafatları- 2021” tədbiri keçirilib
Yığıncaqda, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları - 2021” adlı tədbiri də baş tutmuşdur.
ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri.
Mükafatlandırma mərasimində qeyd edilib ki, 2021-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.
Belə ki, 2021-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “AFB Bank” ASC, “ABB” ASC, “Bank BTB” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “Muğanbank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Ziraat Bank Azərbaycan” ASC mükafatlandırılıb.
“Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Naxçıvan Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC mükafata layiq görülüb.
“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Azər Türk Bank” ASC, “ABB” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Naxçıvan Bank” ASC, “PAŞA Bank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.
“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “ABB” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan) ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC təltif edilib.
“Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “Azər Türk Bank” ASC, “ABB” ASC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC mükafatlandırılıb.
“Elektron Bankçılıq” nominasiyası üzrə “Kapital Bank” ASC və “Unibank” KB ASC mükafatlandırılıb.
“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən ABA üzvü” nominasiyası üzrə “Bank of Baku” ASC, və “Rabitəbank” ASC mükafatlandırılıb.
ABA-nın “Ən fəal ekspert qrupu” seçilib
Yığıncaqda həmçinin, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları - 2021” adlı tədbiri də baş tutmuşdur.
“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu “Ən fəal ekspert qrupu” nominasiyası üzrə I yerə layiq görülmüşdür.
2021-cu il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə Ekspert Qruplarının qiymətləndirilməsi:
-“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu-I yer
-“Hüquqi məsələlər üzrə” Ekspert Qrupu-II yer
-“Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupu-III yer
Həmçinin “Fəal ekspert qrupu” nominasiyası üzrə “Kredit işi üzrə” və “İnsan resurslarının idarə edilməsi üzrə” Ekspert Qrupları mükafatlandırılıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























