Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ, ŞƏRTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ, ŞƏRTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

28 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2057008685

Emissiya həcmi

20,000,000 manat

Nominal qiyməti

1,000 manat

Hərrac qiyməti

1006,3333 manat

İstiqrazların tədavül müddəti

27 il (9720 gün)

Faiz dərəcəsi

3 %

Faiz gəlirinin ödəniş müddəti

6 aydan bir (180 gün)

Anderrayter

“İnvest-AZ İ.Ş” QSC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

İKZF-in ipoteka istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

25.02.2022 16:34

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ