"Azərenerji"nin yığılmış zərəri 3 milyard manata yaxınlaşıb
“Azərenerji” ASC 2020-ci ili 206 milyon 924 min manat zərərlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 9,6% azdır.
Bununla belə, hesabat dövründə qurumun yığılmış zərəri 8,15% artaraq 2 milyard 748 milyon 472 min manata çatıb.
2020-ci ildə “Azərenerji”nin enerji satışından gəlirləri 1 073,179 milyon manat (2019-ci illə müqayisədə 2,9% az), elektrik şəbəkəsinə qoşulma xidmətindən və digər satış gəlirləri 1,237 milyon manat (37,9% çox), yanacaq xərcləri 509,649 milyon manat (1,9% az), köhnəlmə və amortizasiya xərcləri 193,814 milyon manat (2,3% çox), heyətlə bağlı xərcləri 71,775 milyon manat (27,9% az), təmir və texniki xidmət xərcləri 110,054 milyon manat (41,5% çox), xammal və materiallar üzrə xərcləri 14,172 milyon manat (40,2% çox), alınmış elektrik xərcləri 8,673 milyon manat (5,7% çox), ƏDV-nin dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən zərəri 4,861 milyon manat (2019-ci ildə gəlir olub), maliyyə xərcləri 35,932 milyon manat (13,1% az), xarici valyuta mübadiləsindən zərəri 83,79 milyon manat (2019-cu ildə gəlir olub), kreditor borcların və kreditlərin silinməsindən gəlirləri 1,419 milyon manat (8,3 dəfə çox), əmlak, tikili, avadanlıq və əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmə itkisi 175,133 milyon manat (52,7% az), digər xərcləri 25,655 milyon manat (5,65% çox), mənfəət vergisi ödəmələri 10,684 milyon manat (69,2% az), digər vergi ödəmələri isə 38,567 (6,3% çox) təşkil edib.
2021-ci il yanvarın 1-nə “Azərenerji”nin aktivləri 4 027,564 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,4% artaraq 2 580,589 milyon manata, balans kapitalı isə 5% artaraq 1 446,975 milyon manata çatıb.
Xatırladaq ki, "Azərenerji" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 760,495 milyon manatdır. 100% dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
"Report"
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir


























