Azərbaycanda ilk dəfə keçilərin 50% güzəştlə sığortası başlayıb
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə keçilərin sığortasına başlanılıb.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə sığorta olunan heyvan növlərinin sırasına keçilər də əlavə edilib.
Qaydalara əsasən 11-ci gündən 5 yaşa qədər keçilər sığorta edilə bilər. Sığorta ilə həm xaricdən gətirilən cins, həm də yerli heyvanları sığortalamaq mümkündür.
Qeyd edək ki, hazırda Azərbaycanda 605 min baş keeçi var. Bunların bir şissəsi fermer təsərrüfatlarında, əksər hissəsi isə şəxsi təsərrüfatlarda saxlanılır. Aqrar sığorta qaydalarına əsasən, sığortalanan keçilər peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatğı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalıdır.
Aqrar sığorta vasitəsilə heyvanlar aşağıdakı risklərdən sığortalanır:
- yoluxucu xəstəliklər;
- ilan və ya həşarat sancması;
- zəhərli otlar və ya yemlərdən zəhərlənmə;
- kimyəvi maddələrin təsirindən zəhərlənmə;
- təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma (donvurma) və normadan artıq yağan qar yağıntıları);
- yanğın;
- vəhşi heyvanların hücumu;
- üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvanın ölümü, o cümlədən,
- heyvanın daşınması zamanı yol nəqliyyat hadisəsi nəticəsində ölümü.
Keçilərin sığortası üzrə sığorta tarifi heyvanın qiymətinin 7%-ni təşkil edir. Üstəlik, sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Sığorta hadisəsi baş verdikdə, 10% azadolma məbləği tətbiq edilir.
Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi keçilərin sığortası zamanı da fermerlər sığorta haqqının yalnız yarısını ödəyir, pulunu qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.
Misal: Qiyməti 400 manat olan keçinin sığortası
10%-lik azadolma halında sığorta haqqı 28 manat (400 x 7,0%) təşkil edir ki, bu məbləğin yarısını - 14 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. Sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun qiymətinin 90%-i - 360 manat ödənilir.
Qaydalara əsasən, keçilərin sığortası müqaviləsi daha uzun müddətə bağlandıqda sığorta tarifləri azalır. Bundan başqa, bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























