Hindistan Azərbaycanın buğda idxalında Rusiya və Ukraynanı əvəz etmək istəyir
Hindistan Ticarət Nazirliyi buğda ixracı ilə bağlı Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul edib.
Bu barədə Hindistan mətbuata istinadən xəbər verir.
Yüksək səviyyəli bir hökumət rəsmisi bildirib ki, Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir.
Bu 30 ölkədən 10-15-i Rusiya və Ukrayna buğdası ilə yanaşı Hindistan buğdasının artıq mövcud müştəriləridir. Bununla belə, Hindistanın payı Rusiya və ya Ukrayna ilə müqayisədə idxalın ümumi həcmində daha azdır. Bundan başqa, onilliklər ərzində Rusiya və Ukrayna buğdasının eksklüziv alıcısı olan daha 10-15 ölkə var. Hindistan hökumət sövdələşmələri və ya özəl kanallar vasitəsilə ixracı artırmaq üçün onları da diqqətlə izləyir. Bu siyahıya Azərbaycan, Misir, Suriya, Mərakeş, Türkiyə, Sudan, İtaliya, Yəmən, Yunanıstan və Hindistan buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri daxildir.
“Məqsədimiz yalnız cari böhran dövründə qısamüddətli razılaşmalar əldə etmək deyil, Rusiya və Ukrayna buğdasının üstünlük təşkil etdiyi bazarlarda keyfiyyətli buğdanın etibarlı uzunmüddətli tədarükçüsü olmaqdır. Biz qısamüddətli qazanclara baxmırıq, əksinə, bu fürsətdən əsas buğda idxal edən ölkələrlə uzunmüddətli əlaqələr qurmaq üçün istifadə edəcəyik”, - Kənd Təsərrüfatı və Emal olunmuş Qida Məhsullarının İxracının İnkişafı İdarəsinin (APEDA) sədri Madhayyan Anqamutu bildirib.
Ən çox buğda idxal edən ölkələr Misir, İndoneziya, Türkiyə, Çin, Nigeriya, İtaliya, Əlcəzair, Filippin, Yaponiya, Mərakeş, Braziliya, Banqladeş, Cənubi Koreya, Hollandiya və İspaniyadır. Hindistan bunlardan yalnız 5 ölkədə - Banqladeş, İndoneziya, Filippin, Nigeriya və Yaponiya bazarında mövcudddur.
Rusiya və Ukrayna müharibəsi səbəbi ilə, bu iki ölkənin tədarüklərində bir neçə ay ərzində məhdudiyyətlərin gözlənildiyi üçün Hindistanın əsas buğda idxal edən ölkələr arasında bazasını genişləndirmək üçün əhəmiyyətli imkanları var.
Rusiya böhranından bir neçə gün sonra dünya bazarlarında Hindistan buğdasının qiyməti ton başına 360 ABŞ dollara qədər qalxmışdı. Bununla belə, son bir neçə gündə, qiymətlər bir qədər sabitləşərək ton başına 330-340 ABŞ dollarınadək (FOB) düşüb. Hindistan buğdasının hazırkı qiyməti hələ də qlobal rəqiblər arasında ən ucuzdur (burada qiymətlər bəzi növlər üzrə ton üçün hətta 400 ABŞ dollara çatıb).
Növbəti bir neçə ay ərzində Ukrayna və Rusiyanın dünya bazarlarında olmaması hindli treyderlərə rekord miqdarda mal göndərmək üçün qızıl şans verəcək.
Hindistanın 2022-2023-cü illərdə (2022-ci ilin aprelindən -2023-cü ilin martınadək) rekord həddə - 111 milyon ton buğda istehsal edəcəyi gözlənilir ki, bu da, bu illə müqayisədə təxminən 2 milyon ton çoxdur.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan yalnız Rusiya və Qazaxıstandan ərzaqlıq buğda alıb. Buğda idxalının ümumi həcmi 93 min 704,52 ton, dəyəri isə 32,475 milyon ABŞ dolları təşkil edib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























