Bakıda yerləşən stadion yeni kluba verilir
"Sabah" klubu növbəti mövsümdən ev oyunlarını "ASK Arena"da keçirəcək.
Məlumata görə, paytaxt təmsilçisi "Bank Respublika Arena"nı tərk edərək, yeni məkana üz tutacaq. Onlar Bakının mərkəzindəki stadionda "Keşlə"ni əvəzləyəcək. "Keşlə" isə tezliklə ev oyunlarını Şamaxıda yeni adla keçirəcək.
Klubun Müşahidə Şurasının üzvü İqor Ponomaryov açıqlamasında məsələdən xəbərsiz olduğunu söyləsə də, "ASK Arena"ya köçməyə müsbət yanaşdığını bildirib: "Düzü, bunu bilmirdim. "ASK Arena"nı götürmək imkanımız olsaydı, bu, əlbəttə, super olardı. Niyə də yox"?!
Veteran futbolçunun sözlərinə görə, "ASK Arena"nın süni örtüklü olmasında problem yoxdur: "Kobud desək, onu ot örtüyü ilə dəyişmək olar (gülür). Əsas məsələ odur ki, orada infrastruktur, mehmanxana, mətbəx, əsas və uşaq komandalarının məşq meydançaları var. Bunlar akademiyası olan klub üçün böyük əhəmiyyət kəsb edir. Amma biz gah öz meydanımızda, gah "Neftçi"nin bazasında, gah da digər məkanlarda məşq edirik. Buna görə də "ASK Arena"ya köçməyimiz əla olardı. Lakin hələlik bu, yoxdur".
Ponomaryov "ASK Arena" ilə müqayisədə, hazırda məskunlaşdıqları "Bank Respublika Arena"nın yüksək imkanlarının olmadığını vurğulayıb: "Stadionumuzun iki normal meydançası var, üçüncüsü isə pis vəziyyətdədir. Orada "Sabah-2", ikinci meydançamızda əsas komandamız məşq edir. Əsas meydançamız isə yalnız oyunlar üçündür. Yəni, bu gün elə də böyük imkanlarımız yoxdur. Lakin olanımız da yaxşıdır. Məsələn, mən razıyam. Əsas və ehtiyat meydanımız var, bu meydanlarda əsas, ikinci və yeniyetmələrdən ibarət komandalarımız məşq edə bilər ki, bunlar da çox yaxşı haldır".
"Sabah" rəsmisi hər hansı bölgəni təmsil etməyin planlarında olmadığını da diqqətə çatdırıb: "Harasa getmək üçün ya orada infrastruktur olmalı, ya nə isə etmək lazımdır. Biz hazırda Masazırdayıq, "Bank Respublika Arena" bizim stadionumuzdur. Hələlik bu barədə heç nə deyə bilmərik. Təbii ki, kimsə nə isə danışır, nə isə axtarır, nəyisə məsləhət görür. Bunların hamısı mümkündür. Lakin bu gün Masazırda "Bank Respublika Arena"dayıq".
Qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən və hazırda "ASK Arena" adlanan stadionu AFFA "Termist" adlı idman qurğusunun əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə əsaslı yenidən qurub və yenidənqurma işləri 4,5 milyon ABŞ dollarına başa gəlib.
2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub. Əsas meydançada milli çempionatın ilk dövrəsində "Olimpik" klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna (hazırkı "Keşlə) 4,25 milyon manata satılıb. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək "İnter" klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib. 2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib və burada "Keşlə" komandası ev oyunlarını keçirib. Ötən il isə stadionun idarə edilməsi səlahiyyəti “ASK İdman Kompleksi” MMC-dən alınaraq “ASK Əmlak” MMC-yə verilib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
"Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 52 d. sonra
-
10 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
17 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 28 d. əvvəl
-
39 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 50 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir





























