Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

FHN Bakıda gecə klubunda partlayış barədə məlumat yayıb, nazir müavini hadisə yerinə gedib

iç səhifə xəbər başlığı altı (mobil)_31
FHN Bakıda gecə klubunda partlayış barədə məlumat yayıb, nazir müavini hadisə yerinə gedib

Fövqəladə Hallar Nazirliyi Bakıda gecə klubunda baş verən partlayışda zərər çəkənlər barədə məlumat yayıb.

Nazirlikdən Marja-ya daxil olan məlumatda deyilir:

Reklam_3_11

"Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub.

Ümumilikdə, ilkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır".

XXX

FHN Bakı şəhərinin mərkəzindəki gecə klubundakı partlayışla bağlı məlumat yayıb.

Marja xəbər verir ki, məlumatda deyilir:

“3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.

Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Əlavə məlumat veriləcək.”.

XXX

Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakının mərkəzində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Prokurorluqdan Marja-ya daxil olan məlumatda deyilir:

“3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş vermişdir.

Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir”.

XXX

TƏBİB Bakıda baş vermiş partlayışla bağlı məlumat yayıb.

Marja xəbər verir ki, məlumatda deyilir:

“3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar”.

XXX

Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov hadisə yerinə gəlib.

XXX

Xəbər verilidiyi kimi, Bakının Səbail rayonunda partlayış baş verib. Hadisə "Torqovi" kimi tanınan ərazidə yerləşən gecə klubunda qeydə alınıb. Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən "Korona" klubda qəfil partlayış baş verib.

Hadisə yerinə FHN-nin əməkdaşları və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxslər təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya aparılır.

Partlayış baş vermiş əraziyə FHN-nin xüsusi təlim görmüş itləri cəlb edilib. Dağıntılar arasında qalanların olduğu ehtimal edilir. Hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir. Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib.

XXX

"Azəriqaz" rəhbəri Bakıda gecə klubunda partlayışın səbəbini açıqlayıb 

Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış baş verib.

Bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Baş direktor bildirib ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib. Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb.

XXX

Baş prokurorun birinci müavini partlayışın baş verdiyi əraziyə gəlib

Bakıda partlayışın baş verdiyi əraziyə baş prokurorun birinci müavini Elçin Məmmədov gəlib.

Qeyd edək ki, hadisə Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1 nəfər ölüb, daha 24 nəfər xəsarət alıb.

Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.

03.04.2022 04:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ