Azərbaycanın iri tikinti şirkəti “Unico” üçün özəl gün - FOTOLAR
15 illik fəaliyyəti dövründə “Unico” 42 layihə tamamlamış, bu layihələrdən 10-u baş podratçı qismində, 32-si isə subpodratçı qismində icra edilmişdir.(®) 1 aprel 2022-ci il tarixində “Unico” QSC-nin 15 illiyi münasibəti ilə “JW Marriott Absheron Baku” Hotelində tədbir keçirilib.
Şirkətin təsisçisi Şafiddin Pirmətov açılış nitqi edərək qonaqları salamlayıb və “Unico” üçün özəl gündə birlikdə olduqlarına görə onlara təşəkkür edərək minnətdarlığını bildirib.
Daha sonra şirkətin Direktoru Elçin Axundov “Unico”nun 15 illik fəaliyyəti haqqında hazırlanmış qısa təqdimatı nümayiş etdirib.
Tədbirdə “Unico” ailəsinin əmək fəaliyyətlərində fərqlənmiş əməkdaşları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar. Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Sevda Ələkbərzadə və “Cəngi Etno-caz” qrupunun çıxışı ilə davam edib.
Yubileydə qonaqlar şirkət və tədbir barədə duyğularını bölüşərək, dəvət üçün təşəkkür ediblər və “Unico” şirkətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda qonaqlara şirkətin korporativ təqdimat çarxı nümayiş etdirilib və musiqi qrupunun ifaları ilə tədbir yekunlaşdırılıb.
“Unico”-nun qısa tarixçəsi: 2007-ci ildən bu günə, 15 illik fəaliyyət dövrü…
2007 - “Unico” şirkəti təsis edilmişdir.
2009 - “Heydər Əliyev Mərkəzi” layihəsində daxili tamamlanma işləri görülmüşdür.
2013 - “Su İdmanı Sarayı” layihəsində fasad işləri görülməsi ilə şirkət daxilində “Fasad üzrə qrup” departamenti yaradılmışdır.
2016 - “Heydər Əliyev adına Müasir Təhsil kompleksi” layihəsi ilk baş podratçı qismində iştirak edilən layihə olmuş və eyni zamanda “UniPro” istehsal şirkəti təsis edilmişdir.
2021 - “Project Bureau Azerbajian” (PBA) şirkəti təsis edilmişdir.
2022 - “Assa Abloy” şirkətinin regional nümayəndəliyi alınmışdır.
15 illik fəaliyyəti dövründə “Unico” 42 layihə tamamlamış, bu layihələrdən 10-u baş podratçı qismində, 32-si isə subpodratçı qismində icra edilmişdir.
Hal-hazırda şirkətin davam edən 6 layihəsi vardır ki, bunlardan 3-ü baş podratçı qismində, digər 3-ü isə subpodratçı qismində icrası davam edən layihələrdir.
“Unico” şirkətinin layihələri siyahısından aşağıdakı, dövlət və beynəlxalq əhəmiyyətli layihələri qeyd etmək yerinə düşərdi.
1. Heydər Əliyev Mərkəzi
2. Su İdmanı Sarayı
3. “British Petroleum” ofis binası
4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binası
5. Bona Dea Beynəlxlaq Xəstəxanası
6. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
7. İqtisad Universitetinin 3 saylı tədris korpusu
8. Bakı Avropa Liseyinin yeni binası
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binası
10. Ağdam şəhəri 1 saylı məktəb
“Unico” bu kimi dövlət və beynəlxalq əhəmiyyətli layihələrin icrasında iştirak etməkdən, ölkə infrastrukturuna qatqımızın olmasından qürur hissi duyduğunu ifadə edir. 15 il ərzində birgə addımlayan -“Unico” ailəsinə, müştərilərə və əməkdaşlıq edilən şirkətlərə təşəkkür edir!
“Unico” varlığının illərlə, əsrlərlə yaşaması diləyi ilə!
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























