"Bu il dövlət büdcəsinin kəsiri bir qədər genişlənəcək"
Asiya İnkişaf Bankının (AİB) gözləntilərinə görə, bu il Azərbaycanda fiskal siyasət ekspansionar olaraq qalacaq.
AİB-in yeni "Asian Development Outlook 2022" hesabatına görə, bu səbəbdən 2022-ci ildə dövlət büdcəsinin kəsiri ÜDM-in 3,1%-dək genişlənəcək, lakin 2023-cü ildə daha az ekspansionar siyasətin tətbiq olunacağı fonunda, kəsirin ÜDM-in 1,5%-nə qədər daralacağı gözlənilir. Bu zaman, nominal ÜDM-in artımı bir daha büdcə gəlirlərinin artım tempini üstələyəcəyinə görə, gəlirlərin nominal ifadədə azacıq yüksələcəyi, lakin 2022-ci ildə ÜDM-in 28,1%-ə, 2023-cü ildə isə 27,6%-ə enəcəyi proqnozlaşdırılır.
Hesabatda qeyd edilir ki, Dövlət Vergi Xidməti üzrə büdcəyə daxilolmaların azalmasının kompensasiyası məqsədilə Dövlət Neft Fondundan transfertlərin 2022-ci ildə 12% artacağı, beliklə də ümumi büdcə gəlirlərinin yarısını təmin edəcəyi, yeni büdcə qaydası qəbul edildikdən sonra isə 2023-ci ildə 9,5% azalacağı gözlənilir.
"İqtisadi fəaliyyətin dəstəklənməsi üçün dövlət tərəfindən 3 mlrd. ABŞ dolları məbləğində yeni yardım paketinin, o cümlədən Qarabağda yenidənqurma işləri üzrə investisiya planlarının qəbul edilməsi ilə əlaqədar dövlət xərclərinin 2022-ci ildə ÜDM-ə nisbətinin 31,3%-ə çatacağı, 2023-cü ildə isə ÜDM-in 29,2%-ə enəcəyi proqnozlaşdırılır. 2022-ci ilin yarımillik yekunlarına əsasən büdcənin icra göstəricilərindən çıxış edərək investisiya qoyuluşlarına ayrılan vəsaitin məbləği artırıla bilər", - hesabatda bildirilir.
AİB-ə görə, büdcə kəsirinin maliyyələşməsi məqsədilə dövlət borcunun və dövlət zəmanətli borcunun, əsas etibarilə daxili bazarda maliyyə vəsaitlərinin cəlb edilməsi sayəsində 2022-ci ildə ÜDM-in 19,3%-dək yüksləcəyi, 2023-cü ildə isə dövlətin borcun idarəolunması strategiyasına uyğun olaraq 18,8%-ə düşəcəyi gözlənilir. 2022-ci ildə xarici mənbələrdən borclanmanın və dövlət zəmanətlərinin 800 mln. dollar civarında saxlanması planlaşdırılır.
Xatırladaq ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 396,3 mln manat və ya ÜDM-in 28,4%-ini, xərcləri isə 27 422,4 mln. manat və ya ÜDM-in 29,5%-ini təşkil edib. Nəticədə, büdcə kəsiri 1 026,1 mln. manata və ya ÜDM-in 1,1%-ə bərabər olub.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir


























