Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kamaləddin Qafarov: “2018-ci ilin Prezident seçkiləri ölkəmizin böyük zəfərlərinin əsasını qoydu”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kamaləddin Qafarov: “2018-ci ilin Prezident seçkiləri ölkəmizin  böyük zəfərlərinin əsasını qoydu”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2018-ci il aprelin 11-də Azərbaycan xalqı növbəti dəfə də müdrik seçim edərək cənab İlham Əliyevi yenidən Ölkə Prezidenti seçdi. Ölkənin səsvermə hüququna malik olan vətəndaşlarının 74.3 % -nin iştirak etdiyi və müxtəlif partiyaları təmsil edən 8 namizədin qatıldığı şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Azərbaycan xalqı 2003-cü ildən sonra ardıcıl olaraq üç dəfə məhz  Heydər Əliyev siyasi kursuna öz dəstəyini verdi və yalnız İlham Əliyevi ölkə rəhbərliyində görmək istəyini birmənalı şəkildə ifadə etdi. 2018-ci ilin aprel ayının 11-də Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək həm də ölkəmizdə hər kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin ən bariz göstəricisi oldu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, Azərbaycan xalqı ölkənin siyasi arenasında destruktiv mövqelərdə duran radikal və xain qüvvələri görmək istəmir:

“Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri uğurla həyata keçirilən düşünülmüş balanslı xarici siyasət sayəsində 2018-ci ilədək artıq bir çox yüksək nəticələr əldə olunmuşdu. O cümlədən, Prezidentimizin Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmasına nail olması üçün münbit şərait yaranmışdı. Ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artması  Azərbaycan vətəndaşlarını da ürəkən sevindirirdi. Belə olan şəraitdə, mövcud hakimiyyətə  qarşı radikal müxalif  mövqelərdən çıxış edən qüvvələr xalqın dəstəyini ala bilməzdilər və almadılar. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, birmənalı olaraq xalqın bütün radikal qüvvələrə verdiyi “yox” cavabı idi. Azərbaycan xalqı 2018-ci ildə bir daha bəyan etdi ki, sözügedən qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur”.

Millət vəkili vurğulayıb ki, ölkəmizin müstəqil və uğurlu xarici siyasət yürütməsinə imkan yaradan əsas amillərdən biri də iqtisadi inkişafın davamlılığıdır: “Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə belə bir fikri səsləndirib: “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”. Dövlətimizin başçısı məhz bu baza prinsipinə əsaslanaraq davamlı iqtisadi islahatların təşəbbüskarı kimi çıxış edir. 

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu gün ölkəmizin xarici əməkdaşlıq istiqamətləri arasında enerji sahəsi xüsusi yer tutur və bu sahədə  Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini milli maraqlar və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir. 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoruna xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Təbii ki, bütün bu hadisələr Azərbaycanın iqtisadi gücünün artmasını təmin etdi və ölkəmizin beynəlxalq arenalarda mövqeylərini daha da möhkəmləndirdi. Birmənalı olaraq vurğulanmalıdır ki, Prezident İlham Əliyevin siyasətində həyata keçirilən əsas prioritetlər Vətənin müdafiəsi və xalqın rifahıdır”. 

K.Qafarov açıqlamasının sonunda deyib: “Bu baxımdan möhtərəm dövlət başçımızn həyata keçirdiyi müstəqil xarici siyasətin ən əhəmiyyətli nəticələrindən biri kimi məhz Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəmizi göstərmək lazımdır. 

Müharibənin 44 günü ərzində Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə etdi və genişmiqyaslı əks-hücum əməliyyatlarını böyük uğurla həyata keçirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətə düşüb. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşıb. Məhz bu siyasət sayəsində Qarabağ münaqişəsi sona çatdı, Ermənistan və onun bütün dünyada olan havadarları Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi və geostrateji reallıqları qəbul etməyə məcbur oldular”.  

Kamaləddin Qafarov
10.04.2022 10:07

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ