“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Avro, funt, qızıl və neft ucuzlaşmaqdadır.InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Avrozonada risklərin artması xəbərləri EURUSD məzənnəsinin ucuzlaşmaqda davam etməsinə səbəb olur və trend 1.07$-a kimi davam edə bilər.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00-da Almaniya iqtisadiyyatında inkişaf perspektivlərini ölçən “ZEW” indeksi və saat 16:30-da ABŞ-dan inflyasiya göstəricilərinin dərci də investorların diqqət mərkəzindədir.
GBP.
İngiltərə iqtisadiyyatında, xüsusilə sənaye sektorunda proqnozlaşdırılmamış geriləməyə dair statistik rəqəmlərin açıqlanması fonunda GBPUSD məzənnəsinin də təzyiq altında qalacağı düşünülür. Burada isə ucuzlaşma 1.28$-a kimi davam edə bilər.
Çərşənbə günü saat 10:00-da İngiltərədən də inflyasiya göstəriciləri yayımlanacaqdır.
TRY.
USDTRY məzənnəsi bazar ertəsi saat 11:00-da Türkiyədən açıqlanacaq işsizlik göstəriciləri öncəsi 15TL-nin altında stabil olaraq dalğalanmaqdadır. Lakin dollarla təzyiq özünü burada da göstərə bilər.
OIL.
Enerji birjalarında təklifin artması ilə Brent 103$-ın altına düşüb və eniş 88$-a kimi davam edə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Qlobal risklərin artdığı bir şəraitdə FED-in faiz artımı ehtimalları, qızılı da təzyiq altında saxlayır. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1950$-ın (62.7 $/qram) altında qaldıqca, yenidən 1914$-a (61.5 $/qram) kimi dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 27 d. əvvəl
-
1 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























