Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

“Lotereya oynamaq məşğulluq deyil, bir əyləncədir” - “Azərlotereya”nın sədri

Zafer Reisoğlu: Satışdan əldə edilən gəlirin 68%-dək hissəsi uduş olaraq qaliblərə ödənilir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Lotereya oynamaq məşğulluq deyil, bir əyləncədir” -  “Azərlotereya”nın sədri
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkəmizdə 2001-ci ildə lotereya fəaliyyətini təkmilləşdirmək, bu sahədə vətəndaşların hüquq və mənafelərinin qorunmasını təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılması və bu fəaliyyət sektoruna dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə “Azərlotereya” ASC yaradılmışdır.

Marja.az bu sahədə olan yeniliklər, son vaxtlar Azərbaycanda lotereya oyunlarına artan maraq barədə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu ilə söhbətləşib. 

Zafer Reisoğlu Marja.az-a bildirib:

“İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC 25 avqust 2021-ci il tarixindən Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilib. Ötən dövr ərzində şirkətin fəaliyyəti yenidən təşkil olunub, yeni iş imkanları yaradılıb, lotereyaların uduş fondları artırılıb, “qara bazar”la mübarizə tədbirləri gücləndirilib. Şirkət lotereya oyunları sektorundakı yeni beynəlxalq oyun texnologiyalarını və sektorda qazandığı təcrübəni Azərbaycanda tətbiq edərək müasir layihələrin üzərində çalışır. “Azərlotereya" ASC Azərbaycanın yeganə rəsmi lotereya təşkilatçısıdır. Şirkət həmçinin, idman mərc oyunları üzrə operatordur.

Hazırda “Azərlotereya”nın fəaliyyəti təxminən 5 min nəfər üçün yeni iş imkanı yaradıb. Bu işçilərə “Azərlotereya” şirkətinin öz işçiləri, lotereyaların satışı və daşınması ilə məşğul olanlar, “Misli” məntəqələrində çalışanlar, reklam işlərini həyata keçirənlər, diler və distribyutorların işçiləri və s. daxildir. Biz “Azərlotereya”nın fəaliyyətinin genişlənməsilə yeni iş imkanları yaranacağını gözləyirik.

Hazırda Azərbaycanın 34 şəhər və rayonunda 140-dan çox “Misli” məntəqəsi fəaliyyət göstərir və ilin sonunadək belə məntəqələrin sayının artırılmasını nəzərdə tuturuq. “Misli - idman oyunlarının nəticələrini dəqiq proqnozlaşdırma əsaslı mərcdir. “Misli” məntəqələrində həm idman mərc oyunları, həm ani və tirajlı lotereyalar, həm də virtual idman və Keno Ekspres virtual lotereyası oynanıla bilir. Ötən il qanunvericiliyə edilən əlavə və düzəlişlərdən sonra “Misli” məntəqələrini istifadəyə verməyə başladıq.

Biz hər zaman bildiririk ki, davamlı lotereya almaq işləmək, bir peşə sahibi olmaq demək deyil. Lotereya oynamaq məşğulluq deyil, bir əyləncədir. Məsələni bu şəkildə qavramaq lazımdır. Hər bir şəxs əylənmək, bəxtini sınamaq məqsədilə lotereya ala bilər".

Zafer Reisoğlu qeyd edib ki. “Azərlotereya”nın sədri qeyd edib ki, bu gün rəhbərlik etdiyi şirkət üçün ən əsas məsələ şəffaflıqdır:

“Dünyada lotereyaların çapı ilə məşğul olan az sayda yüksək texnologiyaya sahib peşəkar şirkət var. Bizim ani lotereyalarımız Böyük Britaniyada Scientific Games şirkəti tərəfindən çap edilir. Təhlükəsizlik qaydalarının mühüm məsələ olduğunu nəzərə alaraq dünyanın qabaqcıl sistemləri və texnologiyalarının tətbiq olunduğu, yüksək təhlükəsizlik qaydaları çərçivəsində istehsal olunan ani lotereya biletləri iştirakçı tərəfindan udulanadək onların uduşlu olub-olmadığı barədə kompüter sistemləri xaricində kimsə məlumatlı deyildir. Biz hansı lotereya biletlərində uduş olduğunu bilmirik".

Şirkətin sədri bildirib ki, hər bir lotereyanın arxasında həmin lotereyadan neçə ədəd istehsal olunduğu, uduş fondunun ümumi məbləği, uduşlu biletlərin sayı, məbləğləri və s. məlumatlar göstərilir. Hər bir lotereyanın uduş fondu qanunvericiliyə uyğun olaraq bu lotereyaların satış gəlirinin 50%-dən az ola bilməz:

“Hazırda ani lotereyalarımızda (“Qızıl”, “Şans Ulduzu”, "Brilliant", "5X", "40 000 000 Pul Yağışı" və s.) uduş nisbəti 63-68%-ə çatır. Yəni satışdan əldə edilən gəlirin 68%-dək hissəsi uduş olaraq qaliblərə ödənilir.

Əksər lotereya satışı nöqtəsində lotereyalara böyük marağın olduğu tez-tez qaliblərin olmasından qaynaqlanır. İnsanlar hər şeyi görürlər. Əgər bir şəxs tez-tez lotereya alırsa, deməli uduşları da olur. Lotereya həvəskarları həm qalib olurlar, həm də onlar digər vətəndaşların, qohumlarının, qonşularının, tanışlarının qalib olduğuna şahidlik edirlər. Biz tam şəffaf fəaliyyətimizə davam edirik. İnsanların qazanması, xüsusilə pula ehtiyacı olanların qazanması bizi çox sevindirir”.

Zafer Reisoğlu əlavə edib ki,  “Azərlotereya”nın fəaliyyətinə dövlətin nəzarət orqanı tərəfindən qanunvericiliklə nəzarət edilir: "Əlavə olaraq maliyyə hesabatları “Big 4” şirkətlərindən biri tərəfindən audit olunur. Bu gün “Azərlotereya”nın uğurlu fəaliyyətindən Azərbaycan iqtisadiyyatı və bütün paydaşlar qazanır. Azərbaycan dövlətinə və xalqına bizə inandığına və dəstək göstərdiyinə görə təşəkkür edirik. Biz birlikdə “qara bazar”a qarşı mübarizə aparırıq. Xərcləmədən, vergi ödəmədən, qeyri-şəffaf fəaliyyət göstərən “qara bazar”ın ölkə iqtisadiyyatına heç bir faydası yoxdur. İnanırıq ki, ictimaiyyətin məlumatlandırılması və bizim şirkətin təcrübəsi sayəsində mərc oyunları bazarındakı qanunsuz fəaliyyətlərə son qoyacağıq. Mərc oyunları şəffaf və etibarlı olmalıdır, bu fəaliyyət məşğulluğu təmin etməli, dövlətin vergiləri ödənilməli və sosial layihələrə mənbə yaradılmalıdır".

“Azərlotereya"nın sədri əlavə edib ki, “Azərlotereya" əldə etdiyi gəlirin bir hissəsini Azərbaycanda xeyriyyə işlərinə sərf etmək niyyətindədirr: “Bir neçə gün öncə bu istiqamətdə layihələrdən birini təsdiq etdik”.

Zafer Reisoğlu həmçinin bildirib ki, “Azərlotereya" qaliblərin uduşları almalarını asanlaşdırmaq üzərində də çalışır: "Qaydalara görə məbləği 3000 manatdan yüksək olan uduşları almaq üçün “Azərlotereya"nın ofisinə yaxınlaşmaq lazımdır. Biz bileti təqdim edən şəxsə uduşu nağdsız şəkildə, bank vasitəsilə ödəyirik. Qalib bankda hesab açır, biz də uduşu həmin hesaba köçürürük, sonra qalib pulu bankdan alır. Hazırda regionlardan olan qaliblər də 3000 manatdan yuxarı olan uduşları almaq üçün Bakıya gəlməli olurlar. Biz filial sayı çox olan banklar ilə əməkdaşlıq edərək qaliblərin öz rayonunda banka gedərək qalib olduğunu rəsmiləşdirməsi üçün müraciət etməsi və ardınca uduşu alması imkanını yaratmağı nəzərdən keçiririk. Belə olan halda qaliblərin Bakıya gəlməsinə ehtiyac olmayacaq. Qeyd edim ki, hazırda Türkiyədə belə bir təcrübədən geniş istifadə edirik”.

Zafer Reisoğlu Azərlotereya
29.04.2022 14:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ